FHN “Dədə Qorqud” Şadlıq Evini bağladı
Xanlar Vəliyev getdi.... - Səlahiyyət müddəti uzadılmadı
FHN-dən xəbərdarlıq: Güclü külək əsəcək
Şahzadə Harri məhkəməyə görə Londona gəlib
Döyüşən Çin əsgərləri... - Zelenski Çinin reaksiyasını gözləyir
Xanlar Vəliyevin dövründə ciddi nöqsanlar olub - Açıqlama
“Mona Liza“ Şadlıq Sarayı: Ciddi nöqsanlar var
Heydərovların Londondakı şirkətləri bağlanır
Oleq Sinegubova sui-qəsd: 50 min dollara...
Tanınmış həkim “Şərəf” ordeni ilə təltif edildi


12.05.2023  11:35 

İcra başçısının qardaşı işdən çıxarıldı





A+  A-

Abşeron rayon Polis İdarəsinin rəis müavini işdən azad edilib.

XəzərNews.az lent.az-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, idarənin rəis müavini İsa Babaşov tutduğu vəzifədən azad olunub.

İ.Babaşov Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun qardaşıdır.

Qeyd edək ki, bir müddətdir Abşeron rayon Polis İdarəsində yoxlamalar keçirilib. Yoxlamalar zamanı bir sıra nöqsanlar aşkarlanıb. İsa Babaşovun da nöqsanlar səbəbilə işdən çıxarıldığı bildirilir.

Bundan əvvəl keçirilən yoxlamalar zamanı isə Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin rəis müavini, polis mayoru Xəqani Bəhramov və Saray Polis Bölməsinin rəis müavini, polis polkovnik-leytenantı Ziyad İbrahimovun xidməti fəaliyyətində nöqsanlara yol verdiyi aşkar edilib. Onlar işdən azad edilərək sərəncama götürülüb.

Xəbər 1122 dəfə oxunub.




08.04.2025  18:13 

Bondarenko istefa verdi

07.04.2025  19:07 

Ev tikən, yoxsa məscid sökən?!


BÜTÜN XƏBƏRLƏR +