FHN “Dədə Qorqud” Şadlıq Evini bağladı
Xanlar Vəliyev getdi.... - Səlahiyyət müddəti uzadılmadı
FHN-dən xəbərdarlıq: Güclü külək əsəcək
Şahzadə Harri məhkəməyə görə Londona gəlib
Döyüşən Çin əsgərləri... - Zelenski Çinin reaksiyasını gözləyir
Xanlar Vəliyevin dövründə ciddi nöqsanlar olub - Açıqlama
“Mona Liza“ Şadlıq Sarayı: Ciddi nöqsanlar var
Heydərovların Londondakı şirkətləri bağlanır
Oleq Sinegubova sui-qəsd: 50 min dollara...
Tanınmış həkim “Şərəf” ordeni ilə təltif edildi


17.12.2020  11:32 

ABŞ və Rusiya kosmosda da qarşı-qarşıya gəldi





A+  A-

ABŞ Rusiyanın aşağı orbitli peyklərini vurmağa qadir raketi sınaqdan keçirdiyini açıqlayıb.
XəzərNews.az xəbər verir ki, bu barədə Amerika Kosmik Komandanlığı (SPACECOM) məlumat yayıb.

“Rusiya şaquli dırmaşan peyk əleyhinə (DA-ASAT) raketini sınaqdan keçirdi”,- deyə SPACECOM vurğulayıb.

ABŞ rəsmi Moskvanın quru və havada yerləşdirilmiş peyk əleyhinə raketlərin hazırlanmasına və yerləşdirilməsinə davam etməsindən narahat olduğunu bildirib.

“Rusiyanın fəaliyyəti kosmosun silahlanmasına qarşı diplomatik və ictimai mövqeyi ilə uyğun gəlmir. Rusiya tamamilə iki fərqli kosmik silah növü inkişaf etdirdi”,- deyə vurğulanıb.

Qeyd olunub ki, Rusiya bu il həm DA-ASAT, həm də CO-ASAT sistemlərini sınaqdan keçirib. DA-ASAT aşağı orbitli peykləri məhv edə bilir, digəri isə peyk əleyhinə silahdır.

Xatırladaq ki, Rusiya və Çin son illərdə kosmik silahlara böyük sərmayə yatırırlar.

ABŞ rəhbərliyi keçən ilin dekabrında öz Kosmik Qüvvələrinin yaradılmasını və Rusiya, Çinin peyk əleyhinə silahlarına sahib olacağını bildirmişdi.

Xəbər 1689 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.04.2025  18:13 

Bondarenko istefa verdi

07.04.2025  19:07 

Ev tikən, yoxsa məscid sökən?!


BÜTÜN XƏBƏRLƏR +