FHN “Dədə Qorqud” Şadlıq Evini bağladı
Xanlar Vəliyev getdi.... - Səlahiyyət müddəti uzadılmadı
FHN-dən xəbərdarlıq: Güclü külək əsəcək
Şahzadə Harri məhkəməyə görə Londona gəlib
Döyüşən Çin əsgərləri... - Zelenski Çinin reaksiyasını gözləyir
Xanlar Vəliyevin dövründə ciddi nöqsanlar olub - Açıqlama
“Mona Liza“ Şadlıq Sarayı: Ciddi nöqsanlar var
Heydərovların Londondakı şirkətləri bağlanır
Oleq Sinegubova sui-qəsd: 50 min dollara...
Tanınmış həkim “Şərəf” ordeni ilə təltif edildi


09.02.2017  16:38 

“Lapşin adlar çəkib, onlar bir qrup olublar” - Vəkili





A+  A-

 

Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına çağırışlar etməkdə, sərhədi pozmaqda ittiham olunan bloqçu Aleksandr Lapşinin vəkili onunla görüşüb.

Vəkil Səfər Hüseynov açıqlamasında bildirib ki, Lapşinlə onun müdafiəsinin gələcək planları haqda danışıblar: “Lapşin hələ ki, mənim vəkil kimi qalmağımı istədi və beləcə davam edəcək. O, üç ölkənin – Ukrayna, Belarus və İsrailin vətəndaşıdır. Gələcəkdə özünə əlavə vəkil tutub-tutmayacağını bilmir. Faktiki olaraq hələ ki, vəkili mənəm. Başqa ölkədən kimsə gəlib ona burada vəkillik edə bilməz. Dünən və bu gün onunla görüşmüşəm. Bütün günü yanında olmuşam”.

S.Hüseynov bildirib ki, hələ Lapşinin ailə üzvləri və ya yaxınlarından Azərbaycana gələn olmayıb: “Onunla başqa heç kim görüşməyib, səfirliklərin nümayəndələri belə...”

A.Lapşin istintaqa ifadə verib və ittiham üzrə özünü qismən təqsirli bildiyini deyib:

“Öz yazdığı məqalələri təsdiqləyib, ora getdiyini, Qarabağa keçdiyini etiraf edib. Özünü qismən təqsirli bilir. Ona dəstə tərəfindən törədilən cinayət ittihamı verilib. Onlar bir qrup adam olublar. Həmin adamlar haqda da ifadə verib. Deyib ki, bu adamlar vasitəsilə getmişəm, adlarını çəkib, amma soyadlarını bilmir”.

Səhhəti normaldır, saxlanma şəraiti də yaxşıdır, narazılığı yoxdur. Karantin olduğu üçün hazırda tək saxlanılır”.

S.Hüseynov qeyd edib ki, A.Lapşin barəsində həbs qətimkan tədbiri seçilməsi qərarının dəyişdirilməsi üçün vəsatət verməyəcəklər.

(qafqazinfo.az)



Xəbər 1494 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.04.2025  18:13 

Bondarenko istefa verdi

07.04.2025  19:07 

Ev tikən, yoxsa məscid sökən?!


BÜTÜN XƏBƏRLƏR +