Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


24.11.2023  14:49 

Hepatit A virusuna yoluxma müşahidə edilir - Azərbaycanda





A+  A-

"Hazırda ölkəmizdə bir sıra regionlarda hepatit A virusuna yoluxma müşahidə edilir".

Xəzərnews.az TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayevaya istinadən xəbər verir ki, xəstəlik ilkin olaraq özünü ürəkbulanma, halsızlıq, dəridə qaşınma və sonrakı mərhələdə göz ağının saralması ilə müşahidə edilir.

Həkimin sözlərinə görə, ola bilər ki, bir insan hepatit A virusuna yoluxsun, amma bir aydan artıq müddətdə xəstəlik özünü göstərməsin.

Həkim həmçinin qeyd edib ki, hepatit A xəstəliyinin mənbəyi insandır:

"Lakin burada insanın istifadə etdiyi su, qida və əşyalar da rol oynayır. Virus özünü suda çox yaxşı qoruyur. Bu xəstəlikdən qorunmağın yolu şəxsi gigiyena qaydalarına əməl etməkdir".

Xəbər 1479 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +