11.12.2022 14:11
Siyasətçi ərinə görə istefa verdi - İlginc səbəb
Isveçrədə belədir. Ölkəni Bundesrat (Federal Şura) idarə edir. Belə deyək də, ölkənin prezidenti də, baş naziri də, bütün nazirləri də bu 7 nəfərin içindədir. Hər il bu 7 nəfərdən biri digərini əvəz edir. Şərti olaraq ölkənin rəhbəri 1 il müddətinə o sayılır.
Azərbaycanda nə qədər nazirlik, nazirlik statusunda olan nə qədər Baş idarə var? Bütün bu vəzifələrin hamısını İsveçrədə cəmi 7 nəfər icra edir. Niyə belədir? Çünki İsveçrədə rüvət və korrupsiya yoxdur. Hər iş şəfaf şəkildə görülür. İsveçrənin 8, Azərbaycanın isə 10 milyon əhalisi var.
Bir şeyi də deyim,keçim. İsveçrə Federal Şurasının 7 üzvündən 3-ü qadındır. Yəni İsveçrə siyasətində qadınlar söz sahibidir. Bu tendensiya bütün Qərb ölkələrində müşahidə olunur. Azərbaycan kimi ölkələrdə isə qadınlar siyasi səhnədə yox səviyyəsindədir…
Bundesratı İsveçrə parlamentinin aşağı və yuxarı palatası birgə seçir və o, parlament qarşısında hesabat verir…
Sizə bir qadın haqqında söhbət açacam. Simonetta Sommaruga (62) bu yaxınlarda Fedaral Şuradan istefa verdi. Təbii ki, könüllü şəkildə. Bizədəki kimi adamı zorla istefa verməyə təhrik etmirlər...
Niyə istefa verdi? Səbəbi çox ilgincdir. Son dərəcə nüfuzlu siyasətçi olan xanım Sommaruga 78 yaşlı ərinə görə istefa verdiyini açıqladı. Məlum oldu ki, 26 il öncə ailə qurduğu şəxs iflic keçirib. Xanım Sommaruga qərar verib ki, əri ilə daha çox vaxt keçirməlidir...
Əminəm ki, Azərbaycanda belə şeyləri çətin ki, başa düşsünlər. Bizim düşüncəyə görə, o boyda vəzifədən istefa vermək axmaqlıqdır. Ancaq İsveçrədə belə düşünmürlər. Və Simonetta Sommaruga 2010-cu ildə seçildiyi vəzifədən beyin iflici keçirmiş ərinin xətrinə istefa verdi...
Əvvəl ona İsveçrədə 5 adam hörmət edirdisə, indi 15 adam edir. Azərbaycanda isə tam əksinədir. İstefa verən adam siyahılardakı yuxarı başdan aşağı başa düşür. Çox vaxt isə beləsini ümumiyyətlə, siyashıdan silib atırlar...
Azərbaycanın milli dəyərlər sistemində son dərəcə xoşagəlməz məqamlar var. Belə dəyərlərlə Qərb siyasi sisteminə inteqrasiya etmək çətin məsələdir...
Elbəyi Həsənli
Xəbər 976 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|