Azərbaycanın İrana etdiyi 5 fundamental yaxşılıq
Azərbaycanla Serbiya saziş imzaladı
Prezident Bakıda keçirilən forumunun iştirakçılarına müraciət ünvanlayıb
Hikmət Hacıyev Patrik Prior ilə görüşüb
ABŞ səfirliyi İranı necə tələyə saldı? - TƏHLİL
Prezident Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib -Fotolar
Mehriban Əliyeva İtaliyadan paylaşım edib -Foto
Prezident Klaudio Deskalzi ilə görüşüb -Foto
Ramiz Mehdiyevin qızı illərlə gözlədi - İndi pulun yarısını istəyir
“Sionist İsrail və Şeytan Amerika“ İranı necə xilas etdi?


11.12.2018  16:43 

“Nar” yaşıl enerji və aqrar texnologiyaların tətbiqini dəstəkləyir





A+  A-

“Nar” Azərbaycanda ilk dəfə “AgTech and Green Energy” mövzusunda keçirilən beynəlxalq foruma dəstək oldu. Məqsəd mobil operatorun ölkəmizdə kənd təsərrüfatı sahəsində yeni texnologiyaların tətbiqini dəstəkləməkdir. Qeyd edək ki, forum Kənd Təsərrüfatı Nazirliyi və Energetika Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub. “Yaşıl gələcək üçün innovasiyalar” şüarı altında keçirilən beynəlxalq forumun əsas məqsədi Azərbaycanda kənd təsərrüfatı və enerji sahələrinin innovativ inkişafına nail olmaq, müxtəlif maraqlı tərəflər arasında əlaqələri gücləndirmək, dayanıqlı biznes modelləri və əlaqələr qurmaqdır.
XəzərNews.az xəbər verir ki, “Azerfon” MMC-nin baş icraçı direktoru Qunnar Panke forumun işini yüksək qiymətləndirib: “Aqrar və yaşıl enerji texnologiyalarının inkişafına nail olmaq hər bir ölkə üçün əhəmiyyətli və strateji məsələdir. “Nar”-ın təqdim etdiyi yüksək keyfiyyətli xidmətlər və həllər bu sahənin inkişafına öz müsbət təsirini göstərəcək. “Nar” Bakıda və regionlarda 4G şəbəkəsini daha da genişləndirməklə, Azərbaycanda kənd təsərrüfatı sahəsində yeni texnologiyaların tətbiqini dəstəkləyir”.

Foruma dünyanın 15-ə yaxın ölkəsindən 40-dək xarici mütəxəssis qatılıb. Tədbirdə dünyanın müxtəlif ölkələrindən aqrar və yaşıl texnologiyalar üzrə ixtisaslaşmış ən uğurlu startaplar, şirkət sahibləri, elm xadimləri və tədqiqatçılar, vençur kapitalistlər, visionmakerlər, ölkəmizdə artıq bu sahələr üzrə sözünü demiş yerli mütəxəssislər iştirak edib. Forumda aqrar innovasiyalar üzrə mütəxəssislər tərəfindən maraqlı çıxışlar olub.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə əhalisinin 97%-ni əhatə edir və 7300-dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Xəbər 1430 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.09.2024  15:43 

Göyçayda intihar hadisəsi olub

13.09.2024  15:36 

Azər Axşam ATV-dən getdi

13.09.2024  11:51 

Türkiyədə zəlzələ olub

11.09.2024  13:13 

Onu himayə edən kimdir? Polis?

10.09.2024  17:22 

Tanınmış model saxlanıldı

10.09.2024  15:17 

Şəfəq Novruz əməliyyat olunub


BÜTÜN XƏBƏRLƏR +