Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır
Prezident sərəncam imzaladı
Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək


04.11.2022  19:03 

“Azərbaycanda 5 minə yaxın Türkiyə şirkəti qeydiyyata alınıb“





A+  A-

"Hazırda Azərbaycanda 5 minə yaxın Türkiyə şirkəti qeydiyyata alınıb və bu, xarici dövlətlər arasında ən yüksək göstəricidir. Bu gün işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işləri geniş vüsət alıb və Türk şirkətləri bu işlərdə yaxından iştirak edirlər".

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə Azərbaycan-Türkiyə biznes forumunda çıxışı zamanı Azərbaycanın Baş naziri Əli Əsədov deyib.

Ə.Əsədov bildirib ki, Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu, sıx əməkdaşlıq və strateji müttəfiqlik münasibətlərinin hər iki dövlət başçısının yorulmaz səyləri nəticəsində bu gün ən yüksək zirvədədir:

"Biznes dairələrimizin birgə fəaliyyəti və sıx əməkdaşlığı Azərbaycan-Türkiyə münasibətlərinin daha da dərinləşməsinə və ölkələrimiz arasında ticarət dövriyyəsinin, investisiya qoyuluşunun artmasına töhfə verəcək. İqtisadi, ticarət, nəqliyyat və enerji sahələrində əməkdaşlığımız qarşılıqlı əlaqələrin inkişafında mühüm rol oynayır".


Xəbər 863 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

17.08.2024  15:37 

Tanınmış aktyor vəfat edib -Foto

15.08.2024  15:57 

“İTV” kanalı cərimələnib

13.08.2024  14:51 

Prezident sərəncam imzaladı


BÜTÜN XƏBƏRLƏR +