“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı


07.10.2022  23:39 

Əlilliyi olan şəxslərin iqtisadi aktivliyi dəstəklənir..- Tədbir





A+  A-

“İstedadlı Əlillər” Ictimai Birliyinin Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Əlilliyi olan şəxslərin iqtisadi aktivliyinin dəstəklənməsi: sahibkarlıq təşəbüslərinin təşviqi və mövcud mexanizmlərdən yararlanma bacarıqlarının artırılması” adlı tədbiri keçirib.

XəzərNews.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan layihə rəhbəri Qubad Qasımov layihə barədə geniş məlumat verdi.

Qubad Qasımov bildirdi ki, Bakı şəhəri, Binəqədi rayonu, Xəzər rayonu, Yasamal rayonu və Sabuncu rayonlarında tədbirlərin keçirilməsi nəzərdə tutulur və layihə 3 ay davam edəcək.

Layihənin məqsədi əhalinin aztəminatlı sosial qruplarından olan əlillərin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində həyata keçirilən dövlət proqramlarından biri olan özünüməşğulluq proqramlarında əlil vətəndaşlarının iştirakçılığının artırılması yolu ilə onların rifahı ilə şəxsi bacarıqları arasında funksional asılılığı artırmaqdır.

Layihənin eksperti Rəşad Həsənov tədbirdə əlilliyi olan şəxslərə özünüməşğulluq proqramının mahiyyəti, əhəmiyyəti, onların sosial rifahı üçün ortaya qoyduğu imkanlar, proqramdan yararlanmağın üstünlükləri, proqrama müraciət etmə və iştirak qaydaları, ailə təsərrüfatı və yaxud kiçik biznesin yaradılması üçün təmin edilən dəstək və s. bu kimi məsələlər haqqında geniş və ətraflı məlumat verdi.

Tədbirdə Xəzər rayon İcra Hakimiyyətinin Hümanitar Şövəsinin sədr müavini Cərkəz Tanrıverdi, ƏƏSMN-nin tabeliyində DMA-nin BRMF-in təhlil və tərəflaşlarla iş şöbəsinin baş mütəxəsisi Zəhra Nəsirova, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Bağırov Friz, DOST Agentliyinin mütəxəsisi Ərşad Qurbanov, ƏƏSMN-nin tabeliyində DMA-nin BRMF-nın işsiz şəxslərlə iş şövbəsinin baş mütəxəsisi Anar Səmədov, ƏƏSMN-nin tabeliyində DMA-nin Məşğulluq Departamedinin işsizlikdən sığorta şöbəsinin müdri Elnur Əliyev, DOST Ağentliyinin əməkdaşı Zəhra Həsənova,DMA-nin numayəndəsi Misirxan Hüseyinov və əlilliyi olan şəxslər iştirak etdilər.

Tədbir çərçivəsində özünüməşğulluq proqramı geniş müzakirə edilərək, Dövlət Məşğulluq Agentliyinin və ƏƏSMN-nin tabeliyində DMA-nin Məşğulluq Departamentinin işsizlikdən sığorta şöbəsinin nümayəndələri müvafiq sosial qrupların təmsilçiləri ilə onların gündəlik həyat fəaliyyələrində üzləşdikləri çətniliklər, sosial müdafiə mexanizmlərinin təkmilləşdirilməsi haqqında təklifləri və sualları ətrafında müzakirələrlə davam etdirilib.

Sonda Layihənin rəhbəri Qubad Qasımov layihəyə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və tədbir iştirakşılarına öz təşəkkürünü bildirdi.









Xəbər 6983 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.10.2024  20:50 

Faktiki hava açıqlandı

19.10.2024  17:23 

Kahramanmaraşda zəlzələ olub

19.10.2024  17:19 

Ərdoğan Olaf Şoltsu qəbul edib


BÜTÜN XƏBƏRLƏR +