Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar


28.06.2018  10:46 

Bakıda yüksək vəzifəli şəxslərlə vəzifə alveri – Minlərlə dollar…





A+  A-

Həbsdə olan polkovnikin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
XəzərNews.az Minval.info-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Sahib Şükürovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Qədir Soltanov dindirilib. Onun da adı bu cinayət işində keçdiyi üçün axtarışa verilib və həbs edilib.

Qədir Soltanov təqsirləndirilən Sahib Şükürovla bir məhəllədə yaşadığını deyib. O, heç kimi işə düzəltmədiyini və kimdənsə bunun qarşılığında pul almadığını söyləyib.

Daha əvvəl də dələduzluq ittihamı ilə məhkumluq həyatı yaşadığını deyən Qədir Sultanov həbsdən çıxdıqdan sonra Sahib Şükürovla görüşdüyünü bildirib: “Mən də həbsdən çıxmış adam idim. Sahib dedi ki, iki nəfər var. Onların həbsdən çıxmasına kömək etsək, ona hörmət edəcəkdilər. O da mənə hörmət edəcəkdi. Mən də bir neçə nəfərdən maraqlandım. Sonra yanımıza Natiq adlı şəxs gəlib çıxdı. Natiq bu işi həll etmək üçün bizdən 100 min istədi. Özü üçün də şirinlik istədi. Sahib dedi ki, nağd şəkildə 60 mini var. Mən də dedim ki, bu qədər pulları varsa, onlardan 100 minin qalanını niyə almırsan? Sahib dedi ki, qalanı qızıldır və dəyər-dəyməzinə satmaq istəmir. Biz pulun qalanını axtarmağa başladıq. Mən evi girov qoyub, faizə pul götürdüm. 42 min götürüb, 40 minini Sahib müəllimə verdim. Biz Natiqlə danışmışdıq ki, əvvəlcədən pul verilməyəcək. Məhkəmənin qərarı olmadan pulu verməyəcəyik. 10 gün sonra məhkəmə oldu. Amma iş alınmadı və həbs edilən şəxslər azadlığa çıxmadı. Mən də Natiqlə ağızlaşdım. Daha sonra Sahiblə görüşdüm. Mənim götürdüyüm pulun birinci ayının faizini Sahib verdi. Sonra dollar qalxdı. Mənim borclarım artdı. Bir müddət sonra Sahib mənə bir cüt sırğa və üzük verdi. Onu 50 minə satıb götürdüyüm pulun bir hissəsini ödədim. Qalan pulu da ödəmək üçün rayondakı evimi satdım. Vallah bundan başqa heç nə almamışam”.

Təqsirləndirilən şəxs isə Qədir Sultanova iki dəst brilliant verdiyini deyib: “Məni də Natiq Məmmədovla Qədir tanış edib. Bu iş alınmayandan sonra dəfələrlə məndən xahiş elədi. Qohumları da xahiş edirdi ki, bunu bağışlayım. Qədirin mənə əvvəldən 79 min borcu var idi”.

Qədir Sultanov isə buna etiraz edib və qışqırmağa başlayıb: “Qurana and olsun yalan deyir. Qurandan o tərəfi yoxdur. Mən istəsəydim bir dəst aldığımı da danardım. Amma danmadım. Sahib, tutulursansa, kişi kimi tutul. Adam kişi olar”.

Daha sonra Qədir Sultanov məhkəmə zalından çıxarılıb. Bildirək ki, Q.Sultanov da bu iş üzrə təqsirləndirilir və onun barəsində də dələduzluq maddəsi ilə cinayət işi açılıb.

Məhkəmə iclası iyulun 4-də davam etdiriləcək.

Qeyd edək ki, bu işdə adı keçən Natiq Məmmədov isə hələ də axtarışdadır. Cinayət işində adı keçən Əli Kərimbəylinin də məhkəməyə çağırılaraq dindirilməsi tələb edilir.

Çünki məhkəmədə Sahib Şükürovdan İlqar Əliyevi aldatması epizodu soruşulanda o, Əli Kərimbəylinin adını çəkmişdi. Məlum olub ki, S.Şükürov İlqar Əliyevdən 49 min manat alaraq onu Nazirlər Kabinetində işə düzəldəcəyini deyib.

S.Şükürov bunu təsdiqləyir: “Vaxtı ilə mənim əsgərim olan Xəqani məndən xahiş elədi ki, İlqar Əliyevi işə düzəldək. Mən də Natiq Məmmədovdan xahiş etdim. Mənim əlaqələrim, köhnə dostlarım var idi. Natiqi də yerlim Qədir Sultanov vasitəsi ilə tanımışdım. Natiqlə görüşdüm. Dedi ki, maraqlanıb deyərəm. O da məni Əli adlı bir şəxslə görüşdürdü. Prezident Administrasiyasının arxasında görüşdük. Həmin görüşə Natiq də gəldi. Əli dedi ki, iş 50 minə düzələr. Mən də İlqargildən 33 min dollar aldım. 30 min dolları Əliyə verdim”.

Xatırladaq ki, S.Şükürov iki epizod üzrə təqsirləndirilir. Digər epizod isə Xanımbacı İsmayılovanın aldadılmasıdır. S.Şükürov Xanımbacı İsmayılovanın qızını həbsdən çıxaracağı adı ilə 800 minə yaxın pulunu alıb.

Sahib Şükürov bu əməlini də etiraf edir. O, bu işi də əsgəri olan Xəqanidən eşitdiyini deyib: “Məndən kömək istədilər. İş düzələcəyi halda mənə hörmət edəcəkdilər”.

S.Şükürov bu işi həll etmək üçün Naxçıvan Gömrük Komitəsinin sabiq sədri 73 yaşlı Telman Əliyevlə görüşüb ki, o vəzifəli şəxslərdən bu işin həllini xahiş etsin.

Bildirək ki, ki, Xanımbacı İsmayılovanın qızı Həcər Quliyeva və nəvəsi Sahin Quliyev hazırda həbsdədir. Onlar “Bizim market” mağazalar şəbəkəsinin sahibi Rasim Salmanovun şikayəti əsasında həbs ediliblər.

Həcər Quliyeva iş adamının baldızıdır. İş adamı hüquq-mühafizə orqanlarına müraciət edərək Həcər Quliyeva və oğlu Sahib Quliyevin onun milyonlarla dəyəri olan əmlakını ələ keçirdiklərini bildirmişdi. Xatırladaq ki, məhkəmənin hökmü ilə Sahib Qiliyev 11 il, Həcər Quliyeva isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, S.Şükürov 1958-ci ildə Səbirabad rayonunda anadan olub, Bakı şəhərində qeydiyyatdadır. S.Şükürov sabiq hərbi qulluqçu, ehtiyatda olan polkovnikdir. Onun daha əvvəl də eyni maddə ilə təqsirli bilinərək həbs edildiyi və bir neçə illik azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham edilir. Sahib Şükürov hər iki işin həlli üçün yüksək vəzifəli şəxslərlə danışıq aparıldığını, bəzilərinə pul verildiyini deyir.

Xəbər 1319 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.11.2024  23:19 

Qəzzada ölənlərin sayı artdı

02.11.2024  19:36 

Türkiyədə zəlzələ baş verib

31.10.2024  20:12 

Şəmkirdə bədbəxt hadisə

31.10.2024  01:48 

Müğənni Kərim ziyana düşüb

30.10.2024  16:24 

Daha bir tiktoker həbs edildi -Foto


BÜTÜN XƏBƏRLƏR +