Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar


12.05.2017  16:46 

“Biz Rusiya əleyhinə səngərdə yer almamışıq” - Millət vəkili





A+  A-

Millət vəkili Zahid Oruc Rusiya Federasiyası Ali Məhkəməsində Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğvinə dair iddiası üzrə keçiriləcək növbəti məhkəmə prosesindən danışıb.
O, bildirib ki, Ümumrusiya Azərbaycan Konqresinin hüquqi statusu ilə bağlı veriləcək qərar iki ölkə arasındakı münasibətlərə həqiqətən də təsir göstərəcək: “Ötən 10 illər ərzində iki ölkə arasındakı iqtisadi, siyasi, hərbi əlaqələri və müqavilələri nəzərə alsaq, yalnız bir təşkilat üzrərindən biz Rusiya ilə münasibətlərimizi aydınlaşdırmırıq. Ancaq bu, bir barometrdir. Söhbət ondan gedir ki, əvvəla, azərbaycanlıların vahid mövqeyinin sarsıdılması avtomatik olaraq başqa dağıdıcı qüvvələrin mövqeyini irəliyə gətirəcək. Onlar Rusiyanın siyasi hakimiyyətinin çevrəsində daha çox yer alacaqlar. Bu da nəticədə Kremlin regional və xarici siyasətinə təsir edəcək.

Burada söhbət ermənilərdən gedir. Biz ermənilərin mühüm bir hissəsini efir məkanlarında siyasi, maliyyə aləmində görürük. Rusiya milyonerlərinin böyük bir hissəsi orada Ararat Hayat üzərindən fəaliyyət aparmaqdadırlar. Dövlət mövqeyini də güclü şəkildə nəzərə alırlar.

Hətta Ermənistanın baş nazirinin də Qazpromdan təyinatla gəldiyi “Rusiyada mövqe sahiblərinin Ermənistanda hakimiyyət təmsilçilərinə çevrilir” nəzəriyyəsini doğru olduğunu görməkdəyik. Belə olan təqdirdə azərbaycanlıların əleyhinə olan proses güclənəcək.

Bu, 1990- ci illərdəki bizim arzu etmədiyimiz tendensiyaların istər informasiya məkanında, istər siyasi aləmdə əleyhimizə getməsi demək olacaq. Putinin azərbaycanlılara güclü bir şəkildə ehtiyacı var. Çünki biz Rusiya dövlətçiliyinin ayaqda qalmasında, beynəlxalq mövqelərinin güclü olmasında, iqtisadi cəhətdən inkişaf etməsində maraqlı olmuşuq. Azərbaycanlılar antirusiya bloklarında yer almayıblar, dağıdıcı qüvvə deyillər. Hakimiyyət əleyhinə olan qruplarda da yer almayıblar. Terror fəaliyyəti ilə məşğul deyillər. Rusiya iqtisadiyyatına milyardlarla töhfə verirlər. Eyni zamanda çoxlu ambisiyalarla da çıxış etmirlər. Belə qüvvələrdən xilas olmaq, hansısa saraydaxili müxtəlif qüvvələrin mənafeləri naminə təşkilatın dağıdılıb yerində yenilərinin qurulması, guya bunun gələcəkdə Azərbaycanda hansısa seçki proseslərinə görə yerində başqa təsisat təsis etmək və onu yalnız Kremldən yönləndirmək kimi ideya tərəfdarları qalib gəlsə bu, ilk növbədə rəsmi Moskvanın mənafelərinin ziyanına olacaq”.

Z. Oruc konqresin ləğv ediləcəyini düşünmür: “Bu situasiyada bir qədər nikbin informasiyalar da var. Elə hesab edirəm ki, Rusiyada da o praqmatizmi üstün tutan, həm də Azərbaycanın 10 illər ərzində real beynəlxalq təhlükələrə baxmayaraq addımlarını dəyərləndirirlər. Biz Rusiya əleyhinə səngərdə yer almamışıq. Buradan Moskva əleyhinə hücuma keçmirik. Azərbaycanda Amerika tankları Rusiya əleyhinə tuşlanmayblar.

Ümumən bu təşkilatı hansısa bir nizamnamə müddəalarına görə niyə ləğv etsinlər ki? Mən istəmirəm ki, 2013- cü ildən əvvəlki dövrlərdə yaradılmış Milyarderlər İttifaqı, Rusiyada olan böyük imkan sahiblərimizin Kremli öz əlində istifadə edir kimi nəzəriyyəyə təkrar qayıdım. Bunu qətiyyən arzulamıram. Əminəm ki, məhkəmə orqanına Azərbaycanın hazırkı dövründə həm parlamentdən, həm diplomatik qurumlardan siyasi kanallar vasitəsilə edilmiş müraciətlər düzgün qiymətləndiriləcək və Rusiya Azərbaycanla münasibətlərini qoruyub saxlaya biləcək”.

(qafqazinfo.az)

Xəbər 2056 dəfə oxunub.



03.11.2024  23:19 

Qəzzada ölənlərin sayı artdı

02.11.2024  19:36 

Türkiyədə zəlzələ baş verib

31.10.2024  20:12 

Şəmkirdə bədbəxt hadisə

31.10.2024  01:48 

Müğənni Kərim ziyana düşüb

30.10.2024  16:24 

Daha bir tiktoker həbs edildi -Foto


BÜTÜN XƏBƏRLƏR +