Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar


12.05.2017  15:03 

Azərbaycana qarşı qurulmuş diplomatik tələ - “Bişkek protokolu”





A+  A-

Azərbaycanla Ermənistan arasında atəşkəs elan edilməsindən 23 il ötüb. Məlum olduğu kimi, "Bişkek protokolu" 1994-cü ilin 12 mayında imzalanıb.
Lakin sənədin imzalanması ilə bağlı hələ də fərqli iddialar mövcuddur.

Vaxtilə Azərbaycan prezidentinin köməkçisi işləmiş Eldar Namazov deyib ki, nəinki “Bişkek protokolu”, ümumiyyətlə bu gün atəşkəsi təsdiq edən hər hansı hüquqi sənəd yoxdur:

“Hər il “Bişkek protokolu” adlanan sənəd ətrafında erməni və ermənipərəst rus diplomatları tərəfindən böyük kampaniya aparılır. Kampaniyanın məğzi odur ki, guya, atəşkəs rejimi 1994-cü ildə imzalanan “Bişkek protokolu” əsasında yaranıb. Lakin bu sənəd Azərbaycana qarşı qurulmuş diplomatik tələ idi. O dövrdə erməni ordusu Rusiyanın dəstəyi ilə Tərtər və Bərdə istiqamətində əməliyyatlar keçirirdilər. Eyni zamanda rus diplomatları ermənilərin Gəncəyə kimi gəlməsi ilə bizi şantaj etdi və qarşımıza iki şərt qoydu. Birincisi, rus qoşunlarının Azərbaycanda sülhməramlı qüvvələr kimi yerləşdirilməsi. İkincisi isə “Bişkek protokolu”nu üç bərabər hüquqlu tərəfin imzalaması. Bu tərəflər Azərbaycan, Ermənistan və Dağlıq Qarabağ idi. Guya ki, Dağlıq Qarabağ da Azərbaycan kimi müstəqil dövlət qurumudur. Təbii ki, Azərbaycan tərəfi hər iki şərti qəbul etmədi və beynəlxalq sənədə imza atmaq fikrində deyildi. Azərbaycan tərəfi “Bişkek protokolu”nun qüvvəyə minməsinə razılıq vermədi.
Həmin üçtərəfli sazişin bağlanmasında Afiyəddin Cəlilov da iştirak edirdi və o, imza atmaqdan imtina etdi. Bundan bir neçə gün sonra Rəsul Quliyev sazişin imzası üçün iki şərt qoydu: Birinci şərt o idi ki, sənəddə Dağlıq Qarabağın Azərbaycan İcmasının da imzası olmalıdır. Bu şərti qəbul edirlərsə, o zaman Rəsul Quliyevin imzası qüvvəyə minərdi. İkinci şərt mətndə dəyişiklik edilməsi idi.
Erməni və rus tərəfi də Rəsul Quliyevin şərtlərini qəbul etmədi. Buna görə də o sənəd qüvvəyə minmədi. İndi o sənədi üçtərəfli saziş kimi təqdim etmək ermənilərin və rusların məqsədyönlü təbliğatıdır. Onlar sazişə Azərbaycan və Dağlıq Qarabağın ayrıca imza atdığını və ikisinin də bərabərhüquqlu dövlət olduğunu sübut etməyə çalışır”.

E.Namazovun sözlərinə görə, “Bişkek protokolu” qüvvəyə minmədiyi üçün Azərbaycan və Ermənistan tərəfi atəşkəsi teleqramlar vasitəsilə təmin edib. Bunlar da beynəlxalq hüquqi sənəd deyil. Bu, sadəcə ermənilərin məqsədinə xidmət edən sənəddir:

“Aprel döyüşlərindən sonra da faktiki olaraq atəşkəs haqqında razılıq oldu. Ancaq nəzərə almaq lazımdır ki, o da şifahi razılıqdır. Hazırda atəşkəs rejimini dəstəkləyən hansısa hüquqi sənəd yoxdur. Bişkek protokoluna istinad etmək düzgün deyil. Atəşkəs yalnız siyasi iradə əsasında davam edir. Bunu beynəlxalq ictimaiyyət də, diplomatlar da bilməlidir”.

(modern.az)

Xəbər 1673 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.11.2024  23:19 

Qəzzada ölənlərin sayı artdı

02.11.2024  19:36 

Türkiyədə zəlzələ baş verib

31.10.2024  20:12 

Şəmkirdə bədbəxt hadisə

31.10.2024  01:48 

Müğənni Kərim ziyana düşüb

30.10.2024  16:24 

Daha bir tiktoker həbs edildi -Foto


BÜTÜN XƏBƏRLƏR +