06.04.2018 11:34
Azərbaycan internetin sürətinə görə Ermənistandan geri qalır - SİYAHI
Müasir cəmiyyəti internetsiz təsəvvür etmək mümkün deyil.
Bütün ölkələr öz kompüter texnologiyalarını inkişaf etdirərək birbaşa insan təmasının olmadığı eletkron xidmətlər yaradırlar. Bu fonda internetin sürətini artırmaq da ölkələr qarşısında duran əsas vəzifələrdən biridir.
Təəssüf doğurucu faktadır ki, Azərbaycan həm mobil, həm də geniş zolaqlı internetin sürətinə görə, qonşu ölkələrdən, o cümlədən Ermənistandan geri qalır.
XəzərNews.az Modern.az-a istinadən dünya ölkələrində mobil və geniş zolaqlı orta internet sürətinin reytinqini təqdim edir:
Mobil internet
1.Norveç – 62,07 Mbps
2.İslandiya – 58,44 Mbps
3.Hollandiya – 54,53 Mbps
4.Sinqapur – 51,92 Mbps
5.Birləşmiş Ərəb Əmirlikləri – 51,92 Mbps
6.Qətər – 51,61 Mbps
7.Avstraliya – 50,04 Mbps
8.Hungary – 46,39 Mbps
9.Kanada – 45,67 Mbps
10.Belçika – 45,16 Mbps
26.Çin – 33,96 Mbps
32.Türkiyə - 31,43 Mbps
44.ABŞ – 27,39 Mbps
49.Almaniya – 26,20 Mbps
51.Gürcüstan – 25,01 Mbps
53.Ermənistan – 22,94 Mbps
59.Azərbaycan – 20,99 Mbps
Genişzolaqlı internet
1.Sinqapur – 161,53 Mbps
2.İslandiya – 157,73 Mbps
3.Honq Konq – 129,64 Mbps
4.Cənubi Koreya – 117,49 Mbps
5.Rumıniya – 105,74 Mbps
6.İsveç – 93,24 Mbps
7.Macarıstan – 90,94 Mbps
8.Makau – 87,92 Mbps
9.ABŞ – 84,66 Mbps
10.Hollandiya – 83,41 Mbps
20.Çin -68,33 Mbps
43.Rusiya – 38,25 Mbps
72.Ermənistan – 19,95 Mbps
84.Türkiyə - 16,58 Mbps
103.Azərbaycan – 10,56 Mbps
104.İran – 10,20 Mbps
121.Suriya – 6,67 Mbps
Xəbər 1295 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|