Azərbaycanın İrana etdiyi 5 fundamental yaxşılıq
Azərbaycanla Serbiya saziş imzaladı
Prezident Bakıda keçirilən forumunun iştirakçılarına müraciət ünvanlayıb
Hikmət Hacıyev Patrik Prior ilə görüşüb
ABŞ səfirliyi İranı necə tələyə saldı? - TƏHLİL
Prezident Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib -Fotolar
Mehriban Əliyeva İtaliyadan paylaşım edib -Foto
Prezident Klaudio Deskalzi ilə görüşüb -Foto
Ramiz Mehdiyevin qızı illərlə gözlədi - İndi pulun yarısını istəyir
“Sionist İsrail və Şeytan Amerika“ İranı necə xilas etdi?


30.08.2024  10:59 

Niderlandda yaşayan azərbaycanlı psixososial terapevt məşhur TV-də... - VİDEO





A+  A-

“Birlikdə Güclüyük” təşkilatının təsisçisi, Niderland Krallığında kliniki psixososial və ortomolekular terapevt İlkanə Qoca yaşadığı ölkənin ən məşhur NPO 1-də KRO-NCRV kanalında yayımlanan “De Pufclub” adlı sənədli filminə çəkilib.



Xəzərnews.az xəbər verir ki, bu sözləri Diaspora.TV-yə açıqlamasında İlkanə Qoca özü deyib.

İ.Qoca bildirib ki, həm peşəkar, həm də diaspor fəaliyyətini izləyən niderlandlı dostları yerli cəmiyyətə belə töhfələr verdiyimiz və cəmiyyətdə sosial məsuliyyət mövzusunda iştirak etdiyimiz üçün təşşəkür ediblər.

“Verilişdə HypnoBirthing (Doğuş zamanı hipnoterapiyadan istifadə) metodunu tətbiq etdiyim xanım yalnız ana olmaq qərarını verir və ona doğuş prosesinidə enerjisini daha effektiv istifadə etmək və doğuş sancıları arasında daha səmərəli dincəlmək üsullarını təqdim etdim. Bu isə doğuşdan sonra anaya övladı ilə daha səmərəli şəkildə bağlanmağa kömək məqsədini daşıyır. Çünki ana bu üsullardan istifadə etdikdə çox yorulmur. Hətta onu doğuş zamanı dəstəkləyəcək rəfiqəsinə belə vijualizasiya yazıb təqdim etdim ki, oxuyub onun dincəlməsinə dəstək olsun. Bu doğuş prosesinin özəlliyi isə onun tək ana tərəfindən olması idi, digər iştirakçılar isə cütlüklər idi. Yəni öhdəmə düşən iş o qədər də asan deyildi. Sevinirəm ki, bacardım və bu da Niderland Krallığında daha çox izlənən Milli televiziyada 2 dəfə fərqli saatlarda yayımlandı. Niderlandda bu sahədə bir neçə min terapevt var, seçildiyim üçün çox sevindim”, - deyə İ.Qoca bildirib.

İ.Qoca əlavə edib ki, sözügedən verilişə baxış sayı çox olduğundan insanlar da terapevtik dəstək üçün ona müraciət edirlər:

“Hətta veriliş haqqında, travmaların çözülməsi haqqında nədən bu qədər maraqlı olduğumu da soruşanlar az deyil. Qeyd edim ki, daha öncə də valideynlər üçün çap olunan “Birlikde Hamilə” jurnalında da hamiləlik və doğuş zaman travmaların çözülməsi haqqında 2 dəfə məqaləm çıxıb və bu bütün Niderlandda professionalların ofislərində hamilə oxuculara təqdim olunub”.

İ.Qova bildirib ki, bu Niderland mediasında ilk çıxışı deyil:

“Daha öncə də mediada dəfələrlə haqqımda məqalələr, yazılar çıxıb. Məsələn, 2018-ci ildə bir məqalədə təbii yollarla insanın özünə dəstək olma, şüuraltını dəyişməklə həyata baxışı dəyişmək və yeni davranış tətbiq etməklə həyatda nailiyyətlər əldə etmək kimi mövzuları əhatə edən məqalələrim də mediada oxuculara təqdim olunub. Hətta məqalələrin birində Qarabağın şəfalı bitkilərindən də söhbət gedib. İnsanlar azərbaycanlı olduğumu, Qarabağda min bir əziyyətlər görən insanlarla işlədiyimi eşitdikdə isə daha çox rəğbət hiss etdiklərini deyirlər. Hətta sözügedən verilişə çəkilişdən öncə redaksiya heyəti mənimlə əlaqə saxlayanda da bir az bu mövzuda söhbətimiz olub”.

İ.Qoca qeyd edib ki, özü də travmatik yol keçdiyi üçün insanlar, eləcə də medianın diqqətini çox asanlıqla cəlb edə bilir:

“Hər il media mənə bir neçə dəfə müraciət edir. Mənə maraqlı gələn və qəlbimə yaxın olan mövzularla işləməyi sevirəm. Bir körpənin dünyaya gəlməsi yeni bir insan həyatının başlanğıcı olması ilə yanaşı, həm də bir övladın, bir ananın (xüsusən də ilk dəfə) yeni bir atanın və yeni bir ailənin doğulması deməkdir. Dünyada hələ də bunu necə etməliyik və hansı doğru yoldur deyən bir resept yoxdur. Çünki hər bir individual varlığı, dünya görüşü və dünyaya baxışı ilə fərqlidir və bir valideyn, ailə və övlad böyütməsi üçün fərqli yol seçəcək. O üzdən də mənim peşəkar fəaliyyətimdə izlədiyim bir yol var və bu da həyatın başlanğıcından başlanan bağlılıq travmalarını çözməyə dəstək olmaq, əgər cütlük övlad dünyaya gətirmək istəyirsə bu prosesdə hətta hamiləlik baş tutmadan öncə onlara dəstək olmaq, öz doğum planını, ailəyə və övlada bağlanmaq stilini düzgün seçməkdə yanlarında olmaq və peşəkarca onlara yardım etməkdir. Bunu etmək üçün isə həm peşəkar təlimlər alınmalıdır, həm də öz bağlılıq travmalarını çözmək lazımdır. Yalnız o zaman ən yaxşı terapevt ola bilərsən. Demək olar ki, dünyanın bütün qitələrindən pasientlərim olub. Bildiyiniz kimi, 44 günlük Vətən müharibəsindən sonra 80-dən çox şəhid ailələrinə, qazi və qazi ailələrini dəstək olmuşam. Kliniki təcrübəmə əsasən deyə bilərəm ki, bağlılıq travmalarını çözdükdən sonra və ya fərqindəliyi yaratdıqdan sonra insanların həyatı dəyişir. Bu travmaların əksəriyyəti isə bağlılıq travmalarıdır. Çünki insan həyata artıq digər prizmadan baxır və bu da davranış dəyişikliyinə səbəb olur”.

Xəbər 2742 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.09.2024  15:43 

Göyçayda intihar hadisəsi olub

13.09.2024  15:36 

Azər Axşam ATV-dən getdi

13.09.2024  11:51 

Türkiyədə zəlzələ olub

11.09.2024  13:13 

Onu himayə edən kimdir? Polis?

10.09.2024  17:22 

Tanınmış model saxlanıldı

10.09.2024  15:17 

Şəfəq Novruz əməliyyat olunub


BÜTÜN XƏBƏRLƏR +