Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto


31.10.2022  20:10 

“Cəsur ürək”: Vətən müharibəsi şəhidi haqqında film təqdim edildi – FOTOLAR / VİDEO





A+  A-

“Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyilə 44 günlük Vətən savaşında qəhrəmancasına şəhid olan Vüsal Aftandil oğlu Məmmədova həsr olunan “Cəsur Ürək” adlı sənədli filmin təqdimat mərasimi keçirilib.

“Nizami” Kino Mərkəzində baş tutan təqdimat mərasimində şəhidin ailə üzvləri, millət vəkilləri, QHT, media rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Təqdimat mərasimində öncəliklə Azərbaycan himni səsləndirilib, daha sonra isə şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədr müavini Məsimə Məmmədova filmin peşəkar heyət tərəfindən hazırlandığını qeyd edərək, dəstəyə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirib.

Daha sonra çıxış edən filmin layihə rəhbəri Aqil Ələsgər qeyd edib ki, filmdə şəhid Vüsalın həyatı öz dilindən əks olunub:

“Vüsalın arzularından biri də filmə çəkilmək idi. Biz bunu eşidəndə fərqli bir ssenari düşündük. Şəhidlərlə bağlı əksər sənədli filmlər üçüncü şəxsin təqdimatında olur. Biz isə filmi Vüsalla başladıq, onun təqdimatı ilə davam etdik. Bu layihənin reallaşmasına verdiyi dəstəyə görə QHT Agentliyinə, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevə və şəhidimizin ailəsinə təşəkkür edirəm. Məhz onların dəstəyi ilə arzu etdiyimiz filmi ərsəyə gətirə bildik”.



Şəhidin anası Mahirə Məmmədova öz çıxışı zamanı filmin yaradıcı heyətinə təşəkkürünü bildirib. O, qeyd edib ki, gücü yetdiyi qədər Vüsalın arzularını gerçəkləşdirməyə çalışacaq. Bu yolda onunla bərabər addımlayanlara təşəkkürünü bildirən Mahirə xanım başda şəhid anaları olmaqla, təqdimat mərasimində iştirak edənlərə minnətdarlıq edib.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin əməkdaşı Ülkər Süleymanova isə vurğulayıb ki, Agentlik daima bu istiqamətdə hazırlanan layihələrə dəstək verir və bu dəstək davam etdiriləcək.

Daha sonra çıxış edən millət vəkili Ülvi Quliyevin sözlərinə görə, dövlətimiz daim şəhid və qazi ailələrini diqqətdə saxlayıb, onların qayğıları ilə maraqlanıb. O, qeyd edib ki, bu kimi layihələr şəhidlərimizin əziz xatirəsini yaşatmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Şəhidlərimiz, qazilərimiz haqqında film çəkilməsi təqdirəlayiq haldır.

Politoloq Arzuman Abdulkərimov isə bildirib ki, bu gün şəhidlərin yatdığı torpağın üstündə qürurla gəzə bilirik: “Əslində, hər birimiz şəhid ailələrinin doğmalarıyıq. Ölkə başçısı da hər zaman öz çıxışlarında hər bir şəhidimizi öz doğması kimi qəbul etdiyini bildirib. Bu gün biz şəhidlərimiz sayəsində alnıaçıq gəzə bilirik”.



Tədbir şəhid Vüsal Məmmədova həsr olunan “Cəsur Ürək” sənədli filminin təqdimatı ilə davam edib.

Filmin nümayişindən sonra layihə çərçivəsində hazırlanan disklər iştirakçılara təqdim edilib.

Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən, şəhid Vüsal Məmmədov ölümündən sonra “Vətən uğrunda” medalı, “Cəsur döyüşçü” və “Suqovuşanın azad edilməsinə görə” medalları ilə təltif edilib.

Sonda xatırladaq ki, “Cəsur ürək” “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi tərəfindən çəkilən sayca dördüncü sənədli filmdir.








Xəbər 974 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

31.10.2024  01:48 

Müğənni Kərim ziyana düşüb

30.10.2024  16:24 

Daha bir tiktoker həbs edildi -Foto


BÜTÜN XƏBƏRLƏR +