Özlərini Neftçalada batıranlar... -Vəfa nağılı bitdi
Seçkiləri Azərbaycan diasporu da yaxından izləyəcək - Elşad İbrahimov
“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ
“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı
İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb
Vüsalənin hamamında mənim nə işim var?!
İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub


02.11.2021  14:36 

Eyni acıları paylaşırsan?...





A+  A-



Canım mənim,
Səndəmi mənimlə
Eyni acıları paylaşırsan?...
Eyni dərdləri...
Heç zaman gerçəkləşməyəcək
ümidləri...
Gəlməyəcəklərini bilə-bilə
Yolunu gözlədiklərinin həsrətini,
Getməyəcəklərini bilə-bilə
Gündə yüz yol uğurladığın
Qara sevdaların qismətini...
Paylaşırsan...
Sən də...
Mənim kimi...

Sənindəmi
Səhərin dərdlə açılır,
Gecən qəhərlə qapanır?
Ruhun Tanrıya can atır,
Cismin bütlərə tapınır,

Burda...
Sevincin,
Sevginin
Əzabla yoğrulduğu
Balaca adamların məmləkətində...

Burda...
Hər açılan səhər
Günəşlə birgə doğulur
İztirablar.
Yağışla qol-boyun olur
Çarəsizlərin göz yaşları,
Məsum sevgilər qədər
Məsum günahlar...

Burda...
Hər yağan qarla
Üyüyür
Yetim sevdaların
Yalın ayaqları...
Burda hər açılan səhər
Yenidən doğur sonsuz qaranlıqları...
Əbədi ayrılıqları...

Burda...
Analar döşləriylə
Ölümü əmizdirir...
Layla oxuyurlar
Övladlarının son nəfəsinə...

Burda...
nəhəng başdaşları ucalır
Qətlə yetirilmiş arzuların
Xatirəsinə...

Burda...
anaların çiyində gedir
Oğul tabutları...
Burda ünvanına yetişmir
Kirlənməmiş
Sevgi məktubları...

Elçin Mirzəbəyli

Xəbər 2455 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.09.2024  08:10 

Səsvermə başladı...


BÜTÜN XƏBƏRLƏR +