Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident


04.06.2021  09:26 

Döş xərçənginin 6 əsas əlaməti





A+  A-

Bu əlamətlər isə döş xərçənginin müayinəsi zamanı meydana çıxır.
* Döşün üstündə, ətrafında və yan əzələlərində kiçik çökəkliklərin olması

* Döşün birindən rəngsiz (süddən fərqli) və ya qanlı axıntının gəlməsi

* Döşün ölçüsünün, formasının dəyişilməsi

* Süd vəzinin üst hissəsinin ətraf toxumadan seçilməsiDöşün ucunda qaşınma, ağrı hissinin olması

* Döş giləsinin içəriyə doğru dartılması.

Mütəxəssislər yuxarıdakı əlamətləri döş xərçənginin əsas əlamətləri kimi qəbul etsələr də xəstəliyin digər fərqli xüsusiyyətlərinin olduğunu da qeyd edirlər. Bu əlamətlər isə döş xərçənginin müayinəsi zamanı meydana çıxır.

- Döş xərçənginin verdiyi əlamətlər hər qadında fərqli olur. Bu əlamətlər isə mammoqrafiya zamanı meydana çıxır. Amma əsas əlamət kimi döşün quruluşunun dəyişilməsi, döşün giləsindən axıntının gəlməsi və döş giləsinin formasının dəyişilməsidir.

- Mütəxəssislər döş xərçəngi xəstəliyinin artmasını nəzərə alaraq bütün qadınları özlərinə qarşı diqqətli olmağa çağırır:

- Döşlərdə və ətraf əzələlərdə əmələ gələn çökəkliklər xərçəngin əlaməti sayılsa da, bəzən bu belə olmaya bilər.

- Döş giləsindən gələn axıntı xərçəng deyil, infeksiya səbəbli ola bilər.

- Döşün üst hissəsinin portağal qabığı şəklində çopur olması xoşagələn əlamət hesab edilmir.

- Qaşınmalar, döş giləsinin ətrafında əmələ gələn səpgilər müxtəlif səbəblərdən də meydana çıxa bilər.

- Sıxılmış və içəri doğru dartılmış döş giləsi xoş olmayan bir əlamət sayılır.

Mütəxəssislər qeyd edilən əlamətlərdən bir-ikisinin olduğu təqdirdə mütləq həkimə müraciət etmənin vaxtı çatdığını söyləyirlər.

Əgər sizin yaşınız 40-ı keçibsə, o zaman sizdə də döş xərçəngi riski vardır. Bu səbəbdən də hər bir qadın ən azı ildə 1 dəfə mammoqrafiyadan keçməli və həkimə müraciət etməlidir. (modern.az)

Xəbər 2832 dəfə oxunub.




09.11.2024  16:24 

Sabahın havası açıqlandı

08.11.2024  15:49 

Rusiya Kanadaya nota verib

03.11.2024  23:19 

Qəzzada ölənlərin sayı artdı

02.11.2024  19:36 

Türkiyədə zəlzələ baş verib


BÜTÜN XƏBƏRLƏR +