Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


22.08.2024  16:13 

Hüseyn Abdullayevin məhkəməsi səhhəti ilə əlaqədar təxirə salınıb





A+  A-

Sabiq deputat Hüseyn Abdullayevin cinayət işi üzrə videoformatda keçirilən məhkəmə iclası onun səhhəti ilə bağlı müayinələrin aparılması və müalicə müəssisəsinə sorğu göndərilməsi üçün təxirə salınıb.

Xəzərnews.az “Report”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən iclasda müttəhimin vəkili Şəhla Hümbətova deyib ki, müvəkkili iclasda iştirak edə bilmir.

"Hüseyn Abdullayevin vəziyyəti pisdir. O, müalicə olunmalıdır. Məhkəmədən xahiş edirik ki, bununla bağlı müzakirələr aparılsın", - vəkil deyib.

Sabiq deputat da səhhəti bərpa olunana qədər iclaslarda iştirak etmək istəmədiyini deyib.

Məhkəmə iclası sentyabrın 5-nə kimi təxirə salınıb.

Xatırladaq ki, 2019-cu ilin oktyabr ayında H.Abdullayev 6 il müddətinə azadlıqdan məhrum edilib.

Sabiq deputata hədə-qorxu ilə tələb etmə, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma və digər əməllərlə bağlı ittiham verilib.

Həbs müddətinin bitməsinə az qalmış onun barəsində yenidən cinayət işi başlanılıb.

İstintaqla Hüseyn Abdullayevin bilə-bilə cinayət yolu ilə əldə etdiyi əmlakın həqiqi mənbəyini gizlətmək məqsədi ilə özünün və ailə üzvlərinin adlarına ölkəmizdə fəaliyyət göstərən banklarda açılmış 7 bank hesabı vasitəsi ilə ümumilikdə 5.5 milyon manatdan artıq pul vəsaitini müxtəlif fiziki və hüquqi şəxslərin Azərbaycan Respublikası və xarici ölkələrdəki bank hesablarına köçürməklə, konvertasiya əməliyyatlarını həyata keçirməklə, habelə qanunsuz əqdlər bağlamaqla yaxın qohumunun adına Azərbaycan Respublikası ərazisində daşınmaz əmlaklar alaraq həmin məbləğdə pul vəsaitini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Xəbər 3505 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +