Seçkiləri Azərbaycan diasporu da yaxından izləyəcək - Elşad İbrahimov
“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ
“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı
İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb
Vüsalənin hamamında mənim nə işim var?!
İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib


04.05.2018  10:06 

Səhiyyə Nazirliyindən xəbərdarlıq - Bu həkimlər cərimələnəcək + VİDEO





A+  A-

“Azərbaycanda dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhələndirilən şəxslərlə əlbir olub xəstələrə keyfiyyətsiz dərmanları tövsiyyə edən 100-ə yaxın həkim cəzalandırılacaq. Onlar işlərini itirə də bilərlər”.
XəzərNews.az xəbər verir ki, bunu “Xəzər Xəbər”ə açıqlamasında Səhiyyə Nazirliyinin hüquq və daxili siyasət sektorunun müdiri Elxan Əzizov deyib.

Onun sözlərinə görə, hazırda Səhiyyə Nazirliyi sözügedən məsələ ilə bağlı istintaqın yekunlaşmasını gözləyir.

E. Əzizov reseptlərin yazılması və bioloji əlavələrdən istifadəylə bağlı da həkimlərə xəbərdarlıq edib. O, dərman firmaları ilə əməkdaşlıq edən və reseptə qida əlavəsi yazan həkimlərin cəzalandırılacağını bildirib.

Qeyd edək ki, bir neçə gün öncə prokurorluq əməkdaşları tərəfindən dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan beş vəzifəli şəxs həbs olunub və onların 100-dən çox həkimlə əməkdaşlıq etdiyi açıqlanıb.


Xəbər 2379 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.08.2024  13:23 

Kommunal xidmətlər BAHALAŞACAQ


BÜTÜN XƏBƏRLƏR +