Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


01.03.2023  13:51 

“Lavrov açıq mətnlə deyir ki, Laçın yolu da, Xankəndi də Rusiyanındır...“ - Ekspert





A+  A-

"Rusiya, Lavrov açıq mətnlə deyir ki, Laçın yolu da, erməni əsilli azərbaycanlıların yaşadığı Xankəndi və ətrafı da bizimdi, Rusiyanındı, biz söz sahibiyik, biz qərar veririk – yəni, Azərbaycanın suveren ərazisi sayılan Laçın yolunda biz sərhəd keçid məntəqəsi (SKM) qura bilmiriksə, deməli Kreml deyəndi, yox əgər Ana Yasamıza, Konstitusiyamıza uyğun öz sərhəddimizə nəzarəti bərpa edəcəyiksə, Moskva deyən yox, biz deyən olacaq".

XəzərNews.az xəbər verir ki, bu barədə açıqma ilə iqtisadçı ekspert Natiq Cəfərli çıxış edib.

N.Cəfərli bildirib ki, Azərbaycan hakimiyyətinin Lavrovun bu həyasız bəyanatına cavab vermək üçün zamanı azdır, cavab olmasa daha da irəli gedəcəklər:

"Bundan başqa Milli Məclis də öz mövcudluğunu göstərməlidir, biz illərdir yazırdıq-deyirdik ki, daha qəliz idarəetmə sisteminə ehtiyac var ki, xaricdən gələn basqılara davam gətirmək mümkün olsun – yəni, məsələn, Prezident də Parlamentə istinad edərək bəzi dövlətlərə deyə bilsin ki, məndən asılı deyil, Parlament var, orada müxtəlif fikirlər var, mən nə edə bilərəm ki?! Məsələn, Konstitusiyanın 94-cü maddəsində deyilir ki, Azərbaycan Respublikasının Milli Məclisi aşağıdakı məsələlərə dair ümumi qaydalar müəyyən edir və bunlardan biri də (21-ci bənd) dövlət sərhədi rejiminin müəyyən edilməsidir. İndi MM toplaşıb Laçın yolunda SKM-nin yaradılması ilə bağlı qərar verə, Prezident də Moskvaya deyə bilərdi ki, bu Parlamentin səlahiyyətidir, mən bir şey edə bilmərəm. Amma bunun üçün də normal, seçilmiş, fraksiyalar olan Parlament lazımdır – indiki MM belə addım atsa da inandırıcı olmayacaq.

İndiki qarışıq, çox qəliz dünyada Azərbaycanın idarəetmə sistemi də mürəkkəb, effektiv və çoxşaxəli olmalıdır, təzyiqlərin artacağını nəzərə alsaq, məhz belə sistemin yaradılması artıq olmazsa-olmazdır, Dövlətimizin varolma, sağqalma məsələsidir..."

Xəbər 1392 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +