Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


20.10.2022  10:56 

Yağışdan yağmura...- Fotolar





A+  A-

(Yeni “münaqişə ocağı”)

İndi o, əvvəlki görəvində deyil. Təqribən, üç aya yaxındır ki, vəzifəsindən uzaqlaşdırılıb. Masallının sabiq icra başçısı Şahin Məmmədovu deyirəm. RİH-ə rəhbərlik etdiyi dönəmdə onu (paralel olaraq, sələfi – indi Ağcabədiyə rəhbərlik edən Rafil Hüseynovu da) əsaslı olaraq kifayət qədər tənqid etmişəm. Rayonun Boradigah qəsəbəsində (xüsusən də “Çaylıq” adlanan ərazidə) baş verən neqativ hallarla bağlı mətbuatda müntəzəm çıxışlar edərək, bir sıra qanunsuzluqları faktlarla müvafiq dövlət qurumlarının və ölkə ictimaiyyətinin diqqətinə çatdırmağa çalışmışam. Lakin o zaman nə rayon rəhbərliyi, nə də aidiyyəti dövlət qurumları buna ciddi münasibət sərgiləmədi – sanki belə də olmalı idi. Və o zaman məndə belə bir təəssürat yarandı ki, bu rayonda qanunun aliliyinə dəlalət edən hüquqi heç nə yoxdur, hətta olmayıb belə, konstitusiyanın heç bir bəndi, maddəsi burada qüvvədə deyil... Bu sayaq susqunluğun alt qatında yalnız bu məna sezilirdi.

İndi onun haqqında mənfi və ya müsbət nəsə demək fikrindən uzağam. Müsbət mənada çox şeylər edə bilərdi, əlbət ki, bütün bunlar arxada qaldı və olanlar oldu. Hazırda, onu DTX zabiti – general Araz Əhmədov əvəzləyib. Amma...

Nə baş verdi ki, Masallının yeni rəhbəri belə bir (qənaətimə görə, reallığa uyğun olmayan) qərara imza atmalı oldu? Əslində, bu yanlışlığın ağırlıq yükü yeni başçının deyil, birbaşa olaraq onu doğru-düzgün bilgiləndirməyən tabeçiliyində olanlardır. Amma bu, yanlış bir qərarın çıxarılmasına əsla bəraət verə bilməz.

Bu, necə ola bilər? Hansı səbəbdən indiki həssas dönəmdə iki kənd arasında süni şəkildə uzunmüddətli “münaqişə ocağı” yaradıldı? Bu, baş verməyə bilərdimi?



Boradigah qəsəbəsi dörd böyük məhəllədən ibarətdir. Qəsəbənin aşağı hissəsi adına uyğun olaraq “Aşağı baş” adlanır. Bu hissə digər məhəllələrlə müqayisədə çökəklikdədir və güclü yağışlar, sel daşqınları baş verəndə ən çox da bu ərazi təbii fəlakətin episentrinə çevrilir. Ötən il – martın 21-də bunun şahidi olduq. Bir neçə gün aramsız yağışların yağma səbəbindən ərazidəki evlər, əkin və otlaq sahələri suyun altında qaldı, çoxlu sayda mal-qara tələf oldu, insanlara külli miqdarda maddi ziyan dəydi. Bütün bunlar bir daha baş verməsin deyə, o ərazidə yaşayan sakinlər müvafiq dövlət qurumlarına müraciət edərək, qabaqlayıcı tədbirlər görülməsini xahiş edirlər və bir müddət sonra bu, nəzərə alınır. “Azəravtoyol” ASC-nin Masallı rayon Yol İstismar İdarəsi smeta-lahiyə sənədlərini əsaslandırıb hazırlayaraq, tabe olduğu qurumun rəhbərliyinə təqdim edir. “Azəravtoyol” ASC-də sənədə baxış keçirilr və sədr müavininin imzası ilə icraata yönəldilir. Qərara alınır ki, Şatıroba-Boradigah yardımçı yolunun qəsəbə ərazisində yerləşən hissəsində suyun ötürülməsi məqsədilə yolun əks tərəfinə (yerin səthinə daha yaxın olan) iri ölçülü boru xətti çəkilsin.

Əsil mərəkkə də bundan sonra başlayır. Boru çəkilən gün şatırobalılar kütləvi şəkildə əraziyə axın edib, bunun qarşısını almağa çalışırlar. Yol idarəsinin texnikasını girov götürərək, ərazidə olan dövlət qulluqçularını təhqir və təhdid etməkdən belə çəkinmirlər. İş o həddə çatır ki, əraziyə polis çağırılır, RİH-in məsul vəzifəli şəxsləri, bir gün sonra isə cənab Əhmədov şəxsən özü təşrif gətirir.



Bu adamların istəyi nədir? Təqribən, iki il qabaq Şatıroba kəndi ərazisində dövlət tərəfindən su hövzəsi inşa edilir. İnşa işləri zamanı ciddi nöqsanlara yol verilmə, yəni – su hövzəsi yerin səthindən daha yüksəkdə inşa edilmə səbəbindən bu günədək “Meliorasiya və Su Təsərrüfatı” ASC onu yararlı hesab etməyib, təsdiqləmir. Demək, hövzəyə suyun yığılması və ondan istifadəsi də qanunsuzdur - əgər, müvafiq dövlət qurumu bunun istifadəsini məlum səbəblərdən məqbul hesab etmirsə. Çünki onun daşaraq məcrasını aşması daha ağır fəsadlara yol aça və Boradigah qəsəbəsində təsərrüfat subyektlərinə, evlərə və s. ciddi ziyan verə bilər.

Gerçəkdə nə baş verdi? Rayon rəhbərliyi qərara alır ki, yeni quraşdırılan iri diametrli azbest boru xətti çıxarılaraq, 1,5 – 2 m aralıqda eyni ölçülü dəmir boru xəttilə əvəzlənsin (!), nəticədə, su Şatıroba ərazisinə (əsasən də su hövzəsinə) tərəf axsın və bununla da şatırobalıların “yuxarılara” ünvanladıqları “yazıların” qarşısı kəsilsin. Beləcə, son günlər baş verən Şatıroba-Boradigah “qarşıdurması” bu sayaq yekunlaşır: həm xeyli dövlət vəsaitinin külü göyə sovrulur, həm də iki kənd arasında uzunmüddətli yeni “münaqişə ocağı”nın əsası qoyulur, vəssəlam. İndi bilmirsən ki, bu vaqeəyə ağlayasan, yoxsa güləsən?

Əldə etdiyim məlumata görə, təyinatı kənd təsərrüfatının inkişafı üçün nəzərdə tutulan, lakin istifadəyə yarasız hesab edilən Şatıroba ərazisindəki adıçəkilən su hövzəsində balıqçılıq təsərrüfatı ilə məşğul olunur. Bu, şübhəsiz ki, qanunla yasaqdır.

İkinci “münaqişə ocağı”nda isə elə bir xaotik vəziyyətdir ki, onu sözlə ifadə etmək belə çətindir. Təsəvvür edin, Boradigah qəsəbəsində (“Çaylıq” adlanan ərazidə) 7 ha dan artıq ərazidə çəltik əkilib. Bol məhsul əldə edilib. Amma onun biçilməsi müşkülə çevrilib. Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin 1652 Qaynar Xəttinə 5-6 dəfə müraciət olunur, hər dəfəsində “müraciətiniz qeydə alındı” deyilir, RİH-in rəhbərliyinə müraciət olunur, “tapşırarıq...” cavabı verilir, “Aqroservis” ASC-nin yerli nümayəndəliyinə xahiş-minnət edilir, “göndərərik” deyilir, amma sahədəki çəltik zəmisini biçməyə bir ədəd kombayn verilmir ki, verilmir. Havaların soyuması və yağmurlu keçəcəyi işi daha da mürəkkəbləşdirə bilər. Əgər, bir ədəd kombaynın tapılması bu qədər müşkülə çevrilirsə, o zaman bu nazirlik, tabeçiliyindəki “Aqroservis” ASC nəyə gərəkdir? Heç nəyə! “Aqroservis” ASC yaradılanda qarşıya qoyulan məqsəd bu olub ki, ölkədə kənd təsərrüfatı texnikası çatışmazlığı aradan qaldırılsın, fermerlərə güzəştli şərtlərlə bu cür texnika və avadanlıqların verilməsində çətinliklər yaranmasın və s. İndi elə təəssürat yaranır ki, sanki bu qurum ölüb, amma yerdən götürüb basdıranı və bir-iki saatlıq ağlayanı yoxdur.



İşin gerçək qəlizliyi isə yol məsələsilə bağlıdır. Təsəvvür edin ki, zəmini biçmək üçün kombayn verildi, o zaman həmin texnika əraziyə necə gedib çıxacaq? Yağmurlu hava davam edərsə, heç cür. Bu, indinin özündə belə mümkünsüzdür. Səbəbi bu: Çəltik əkilən əraziyə gedən yol yaxın zamanlara kimi, 1-ci su hövzəsinə (1-ci dərəyə) qədər iki istiqamətdən olub. Amma birilərinin hikkəsilə bu yol zəbt olunub (!) və indi oradan əkin sahəsi kimi istifadə olunur (!). Buna cavabdeh olanlar isə hələ ki, susqunluğa önəm verirlər. Digər yol isə, bir neçə ay əvvəl eyni şəxsin diqtəsi ilə keçilməz vəziyyətə salınıb, yağmurlu havada və ondan bir neçə gün sonra bu yoldan istifadə mümkünsüz olur. Halbuki, yaxın aylara kimi çəltik əkən fermerin şəxsi vəsaiti hesabına çınqıl döşənmiş yolda gediş-gəliş rahat olub. Bu yolun da hansı səbəbdən dağıdılıb yarasız hala salınmasının (həm də “Meliorasiya və Su Təsərrüfatı“ ASC-nin texnikası ilə) səbəblərini yerli rəhbərlik daha yaxşı bilir və “təmkin” nümayiş etdirir...

Zəruri qeyd: Azərbaycan Prezidentinin respublikada çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramını təsdiq etməsindən uzun müddət ötməsə də, məhsuldarlığı təxmini olaraq, 40-45 ton civarında hesablanan çəltik sahəsi kombayn intizarında günlərini saymaqdadır.

Vasif Hüseynov

Xəbər 2119 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +