Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident


04.12.2021  17:04 

Siyasi mədəniyyətin Azərbaycanda əks göstəriciləri





A+  A-

Azərbaycanda son bir neçə gündə baş verənlər eyni zamanda həm ağrı və kədər, həm də təəssüf doğurur.

Əlbəttə ki, ağrı və kədər 14 hərbçimizin helikopterdə faciəli şəkildə şəhid olması ilə bağlıdırsa, təəssüf doğuran məqam siyasi dözümsüzlüyün cəmiyyətdə son həddə çatması ilə əlaqədardır. “Biz nə zaman bu qədər şiddət və nifrətin içinə yuvarlandıq?” sualı artıq əhəmiyyətini itirib.

Çünki bu sualın cavabında həm müxalifət, həm iqtidar qarşılıqlı ittihamlarla çıxış edəcək.

Düşdüyümüz bu nifrətin içindən çıxmalıyıq, çıxmağa məcburuq. Azərbaycan xalqı mayası nifrətlə yoğrulmuş dəyişikliyi rədd edir.

Niyə uzun illərdir Azərbaycan müxalifəti güclənmək əvəzinə zəiflədi?

Səbəbi xalqın hakimiyyəti sevməsində axtarmaq gülməlidir. Hər kəs yaxşı bilir ki, mövcud hakimiyyətin kifayət qədər nöqsan və qüsurları var, bu yalnışlıqları xalq görür və narazıdır. Amma xalq bütün narazılıqlara rəğmən, inadla etinasızlıq göstərir. Etinasızlığı ilə həm də hər iki cinaha etirazını bildirir. Bu səbəbdəndir ki, xalqın gözü qarşısında polis xüsusi qəddarlıqla aksiya iştirakçılarını döyür, lakin xalq sipər olub döyüləni müdafiə etmək əvəzinə, sadəcə seyr edir.

Çünki hər iki tərəf şiddəti və nifrəti hiss edir.

Və buna görə də istənilən dəyişiklik onda qorxu ilə assosiasiya olunur.

Son günlərin siyasi prosesləri bizim üçün əslində həyacan siqnalı idi. Duymalıydıq. Həm hakimiyyət duymalı idi, həm də öz firavan həyatından baş qaldırıb xalqa üz tutmalı olan ziyalılar, yəni bu xalqın yazıçısı, şairi, həkimi, artisti, fəxri müəllimi.

Duymalı idi.

Siyasi cameədəki Saleh Rüstəmli problemini görməliydi, həllinə çalışmalıydı, bu cameədə artan qəzəbin qarşısına keçməliydi.

Ancaq görməzdən gəldilər...

Tofiq Yaqublunun döyülməsi ilə bu nifrət daha da şiddətləndi. Əlbəttə Tofiq Yaqublunun döyülməsi yolverilməz idi, pislənməli idi, AY Partiya və daha bir çox siyasi qurum olayı kəskin şəkildə qınadı.

Bu cinayəti törədənlər cəzalandırılmalıdır, amma bir fəlakət arxasınca sel gətirir. Saleh Rüstəmli problemi açıq qaldığı halda, Tofiq bəyin amansızcasına döyülməsi şiddət və nifrət püskürən bir vulkanla üz-üzə qoydu cəmiyyəti.

Ağlı başında olan, məsələyə konstruktiv yanaşan, analiz edib nəticələri ortaya qoymağa çalışan hər kəs bu dəfə əks cəbhə tərəfindən söyülür, təhqir olunur.

Sosial mediada kommunistlərə məxsus, tarixdə acı nəticələri olan “bizdən olmayan düşmənimizdir" devizinə sadiq qalaraq hücuma keçirlər.

Təhqir obyekti təkcə rassional düşünən kəsim deyil, bəzən bütün xalqdır.

Xalq niyə mitinqlərə gəlmir? Niyə susur? Niyə müxalifətə dəstək vermir?

Əsas itthamlar bunlardır. Bunu biz də görürük və dəfələrlə demişik ki, xalq uzun illərdir siyasi taleyinə etinasızlıq göstərir. Niyə bəs?

Bax bu sual, təəssüf ki, müxalifət tərəfindən araşdırılmır. Bunun da kökündə bir çox faktor var.

Birincisi, söydüyünüz və dəstək umduğunuz bu xalq Cümhuriyyəti bərpa edəndən indiyədək bütün gücü ilə qanı bahasına, hər gün şəhid verərək dövlət qurur və qoruyur.

Bəli, hər gün. Atəşkəs dövründə belə şəhid verirdik.

Yerləşdiyi coğrafiyaya görə bütünlüklə rusa, farsa, erməniyə və s. qarşı dirəniş göstərən xalq özünü qoruma instinkti ilə hakimiyyətlə aktiv mübarizə aparmaq istəmir.

İkincisi, qorxur. Qorxur ki, istənilən dəyişiklik onun əleyhinə olacaq. Xaos və özbaşınalıq yaranacaq ki, bu da rüşvət və korrupsiyanı onun gözündə daha təhlükəsiz pislik kimi göstərir.

Yəni “rüşvət cibimi kəsir, başımı yox” prizmasından yanaşır.

Üçüncü, onu qorxudan elə illərdir "söyüş və şiddət müxalifəti" obrazı yaradanlardır. Müxalifətin söyüşü hakimiyyəti qıcıq edə bilər, amma qorxuda və ya sarsıda bilməz.

Hakimiyyət dəyişikliyinə heç səbəb də ola bilməz.

Bu, dəqiqdir.

Söyüş taktikası isə xalqı qorxudur və dəyişim prosesindən çəkindirir.

Bura Əfqanıstan deyil, ərəb ölkəsi deyil, əhalisinin böyük əksəriyyəti savadlı və təhsilli olan bir məmləkətdir. Bu xalq baxır və görür ki, bir vaxtlar hakimiyyətlə hər cür işbirliyi içində olan, hətta bəzilərinin hakimiyyətdə təmsil olunub, hakimiyyətlə arası dəyəndən sonra radikal "müxalifət"ə çevrilən bu siyasi cameə vətəndaşları qana və intiqama çağırır, söyüş və təhqir edir.

Bütün bunlar isə xalqı vadar edir ki, onun cibinə girən rüşvət və korrupsiyayaya bulaşmış sevmədiyi hakimiyyətə loyal yanaşsın.

Halbuki xalqı qorxutmadan, bütün dəyişikliklərin onun öz əlində olduğuna inandırmaqla dəyişikliyə nail olmaq olar.

Biz siyasi yola "İnanın, dəyişirik" devizi ilə başladıq. Çünki öncə məsələlərə baxışımız, çözüm yollarımız, taktika və strategiyamız dəyişməlidir ki, hakimiyyət dəyişikliyinə nail olasan.

Yoxsa elə meydana çıxanda polisdən və jurnalistlərdən sayca az olan və sonunda döyülən bir müxalifətdən o tərəfə keçə bilmərik.

Deyirlər, bir adam belə etirazdır. Etirazçının sayı deyil, mahiyyəti önəmlidir.

Razıyam.

Bunu Nelson Mandela, Qandi timsalında gördük. Etirazlar fərqli ola bilər. Markes corabını dəyişik geyməklə etiraz edirdi.

Ən yeni etiraz formasını dünən müşahidə etdik, gürcü jurnalist Rusiyanın Xarici işlər naziri Lavrova rusca sual vermədi, nə qədər israr etsələr də, sualını ingilscə verdi.

Dirənişin də məqsədi və nəticəsi olmalıdır.

İstər hakimiyyət nümayəndəsinin, istər müxalifət təmsilçisinin də bir duruşu olmalıdır.

Əzab çəkərək, təkbaşına cəmiyyətin naqisliyinə etiraz edənlər olub, bəşərin inkişafı bu kimi şəxsiyyətlərin fədakarlığından keçib.

Amma və lakin duruşu olan şəxsiyyətlərin.

Tarixdə təkbaşına sonuna qədər mücadilə aparan Rəsulzadə, Əhməd Cavad və s. fenomenlər var.

İndi isə situasiya başqadır. Bəli, indi kəmiyyət vacibdir. Xalqı inanadırmaq lazımdır ki, bütün dəyişikliklər onun əlindədir. Xalq arxamızda olmasa, biz heç nəyə nail ola bilmərik.

Xalq isə nifrəti və şiddəti rədd edir. “Onsuz da bu qədər düşmən var, bircə vətəndaş müharibəsi çatmırdı” deyib dərhal sipər olur.

Xalqı qorxutmayaq.

Çünki dəyişiləcək qism olan məmurların özləri də, yaxınları da, qohumları da, qonşuları da, dostları da bu xalqın bir hissəsidir.

Nəzərə alsaq ki, Azərbaycan elə də böyük ölkə deyil, deməli, o məmurların da bir tərəfi gəlib elə sadə xalqa toxunur.

Kimsə yaxınını, qohumunu, dostunu şiddətə, qana qurban verməz, çünki bu qan hər kəsin üzərinə ləkə kimi düşər.

Siyasi aktivliyə məntiqlə, debatlarla, problemləri danışaraq, çözərək nail olaq. Fikir müxtəlifliyi, eyni məsələyə fərqli baxışlar, müzakirələr və mübahisələr hər zaman cəmiyyəti düşünməyə vadar edir, bir qığılcım rolunu oynayır, cəmiyyətin beynini yatmağa qoymur.

Oyaq və düzgün fikirləşən cəmiyyət onlardan düzgün nəticə çıxara bilər. Azərbaycan toplumunun gələcək yüksəlişi üçün vacib olan şərtlərdən biri də müxtəlif fikirlərin cəmiyyətdə baş rol almasıdır.

Təhqir və nifrət qusmaq isə fikir müxtəlifliyi deyil.

Dəyişimin yolu şüarçılıq və pafosdan deyil, siyasi zəka və strateji ağıldan keçir.

Anar Əsədli
Azərbaycan Yüksəliş Partiyasının Başqanı


Xəbər 4957 dəfə oxunub.




03.11.2024  23:19 

Qəzzada ölənlərin sayı artdı

02.11.2024  19:36 

Türkiyədə zəlzələ baş verib

31.10.2024  20:12 

Şəmkirdə bədbəxt hadisə

31.10.2024  01:48 

Müğənni Kərim ziyana düşüb


BÜTÜN XƏBƏRLƏR +