Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO


18.03.2023  19:56 

Qazaxıstanın xarici siyasətində yeni məqamlar:





A+  A-

2022-ci ilin yanvarında Qazaxıstanda baş verən iğtişaşlar sonda Tokayevin KTMT-nin ölkəyə dəvət edilməsinə səbəb oldu. Bir çox analitiklər buna görə Tokayevi tənqid edir və Tokayevin artıq Rusiyanın tapşırıqlarını yerinə yetirəcəklərini qeyd edirdilər.

Hər şeydən öncə onu vurğulamaq lazımdır ki, Rusiya hələ də, Qazaxıstanı tərk etməyib. Qazaxıstan Rusiyanın liderlik etdiyi Aİİ-nin təkcə iştirakçısı deyil, həm də lideridir. Eyni zamanda Qazaxıstanda Rusiyaya 2050-ci ilə qədər icarəyə verilən Baykanur kimi önəmli kosmodrom fəaliyyət göstərir.

Qazaxıstan ilə Rusiyanın 30 milyard dollardan çox ticarət dövriyyəsi var. Qazaxıstan hələ də öz neftini Rusiya vasitəsilə ixracını həyata keçirir. Tokayev KTMT vasitəsilə ona qarşı olan klanlara güc nümayişi etsə də, Rus ordusunun Qazaxıstanda qalması onun həm şəxsi həm də dövlət maraqlarına uyğun gəlmirdi. Buna görə də, Rus ordusu KTMT timsalında çox qısa zamanda Qazaxıstanı tərk etdi. Tokayev hakimiyyəti möhkəmləndirdikdən sonra Nazarbayevin siyasətində müəyyən dəyişikliklər edərək müstəqil siyasətə davam etməyə çalışıb.

Qazaxıstan Ukrayna müharibəsi başladıqdan sonra öz xarici siyasətində daha ehtiyatlı, Rusiyadan müəyyən məsafəli və müstəqil olmağa çalışır. Müharibə başladıqdan sonra Qazaxıstan XIN rəhbərliyi qeyd etdi ki, Qazaxıstan Rusiyaya qarşı sanksiyalara qoşulmasa da, lakin ABŞ-ın tətbiq etdiyi bütün sanksiyalara riayyət edəcək. Eyni zamanda Sankt-peterburq iqtisadi forumunda çıxışı zamanı Tokayev birbaşa Putin yanında Donetsk və Luqanskı kvazi dövlət adlandırdı və Qazaxıstan üçün ərazi bütövlüyü amilinin ən önəmli prinsip olduğunu vurğuladı.

Şübhəsiz xalqların müqəddəratını həll edilməsi prinsipi Qazaxıstanın özü üçün də saatlı bombadır. Xüsusilə əhalisinin 20.1%-nin rus olduğunu nəzərə alsaq, bu baxımdan ərazi bütövlüyünün qorunması Qazaxıstan üçün vacib məsələdir və əsas hədəfdir. Rusiya siyasi dairələri Ukrayna müharibəsindən öncə də, müharibə ərəfəsində də Qazaxıstana qarşı ərazi iddialarına davam ediblər. Rusiya rəsmilərinin Dövlət dumasının nümayəndələrinin Qazaxıstanın Şimalı ilə bağlı iddiaları Rəsmi Astananın narahatlığına səbəb olmaqdadır.

Qazaxıstan rəhbərliyi bu baxımdan Rusiyanın təsirini Çinlə balanslaşdırılmağa çalışır. Şanxay İqtisadi Əməkdaşlıq təşkilatının son konfransında Qazaxıstana səfər edən Çin sədri Xİ Jinping Qazaxıstanın ərazi bütövlüyünün Çin üçün vacib olduğunu qeyd etmişdi. Xi Astanada xüsusi qonaq kimi qarşılanmışdı. Tokayev Moskva Beynəlxalq Münasibələr Universitetində Çinşünaslıq üzrə təhsil alıb, Çində çalışıb, Çin dilini mükəmməl bilir. Çin və Rusiya tərəfdaş kimi görünsələrdə onlar Mərkəzi Asiyada real rəqibdirlər. Çinin Mərkəzi Asiyada artan təsiri Rusiyanı narahat edir.

Qazaxıstan Rusiyanın Ukraynaya təcavüzündən sonra maksimum şəkildə balanslı siyasətə çalışır.

Qazaxıstan Rusiyanın Mir kartlarının istifadəsini qadağan edib. Eyni zamanda Qazaxıstan Ukraynaya humanitar yardım göndərib. Qazaxıstan Rusiya ilə maliyyə sahəsində ehtiyatlı əməkdaşlığa çalışır. Lakin Qazaxıstan həm də Rusiya ilə ticarətdən də aslıdır. Bu baxımdan Qazaxıstan Rusiya istiqamətində ehtiyatlı siyasətə çalışır.

Qazaxıstanın xarici siyasətində Qərb üçün əsas problem kölgə iqtisadiyyatıdır. Aİ və ABŞ-ın araşdırmalarına əsasən Qazaxıstan, Özbəkistan, BƏƏ, Türkiyə və Ermənistan Rusiyaya Qərb mənşəli texnologiyaların tədarükündə əsas tranzit rolunu oynayırlar. Misal üçün Aİ və ABŞ tərəfindən Rusiyaya Qərb istehsalı olan texnologiyaların ixracı qadağan edilib. Lakin Bloomberg qeyd edir ki, Aİ və ABŞ Ermənistan, BƏƏ, Türkiyə və Qazaxıstana texnologiya ixracını artırıb. Eyni zamanda bu ölkələrin də Rusiyaya ixracı kəskin artıb. Bu baxımdan Rusiya bu ölkələr vasitəsilə Qərb texnologiyalarını əldə etməyə çalışır. Aİ və ABŞ sanksiyalardan yayınan ölkələrə qarşı yeni monitorinq elan edib.

Qazaxıstan hazırda Qərbə neft ixracında Rusiyadan aslıdır. Ukrayna müharibəsi başlayandan bəri, Rusiya müxtəlif bəhanələrlə iki dəfə Qazaxıstan neftinin Rusiyanın Novorosiysk limanından ixracına imkan verməyib. Buna görə də Qazaxıstan hazırda Orta dəhlizə və Azərbaycan marşurutuna daha çox əhəmiyyət verir.

Tokayevin son Bakı səfəri zamanı Qazaxıstan və Azərbaycan arasında qarşılıqlı müttəfiqlik münasibətlərinə dair bəyannamə imzalanıb. Qazaxıstan hazırda Xəzərdə Gəmi Bərə donanması üzərində işləyir. Buna qədər Azərbaycan 3-ə yaxın gəmi bərə ilə əsas təminatçı idi. Qazaxıstan həmçinin Aktau və Mangistau limanlarını genişləndirilməyi planlaşdırır. Bu da Çindən gələn yüklərin Avropaya daşınmasında önəmli halqa olacaq. Qazaxıstan öz neftini Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə ixrac etməyi nəzərdən keçirir. Bu baş verərsə Qazaxıstan Rusiya asılılığını azaldacaq. Lakin Azərbaycan kəmərlərində texniki məsələlər, diametr tədarük həcmi ilə bağlı müəyyən problemlər var.

Qazaxıstan Türkiyə və Azərbaycanla birlikdə üçlü əməkdaşlıq platformasını da genişləndirməyə çalışır. Türkiyə ilə Qazaxıstan arasında hərbi məsləhətləşmələrə dair anlaşma, Qazaxıstanın Bayraktar PUA-ı ilə maraqlanması, Türkiyə ilə birlikdə birgə təlimlərin keçirilməsi, Qazaxıstan-Azərbaycan-Türkiyə Türküstan-Cənubi Qafqaz-Anadolu əməkdaşlıq platforması, burada Çindən başlayaraq Qərbə qədər gedən Orta dəhlizin artan əhəmiyyəti, Qazaxıstanın rolunu artırır. Təsadüfi deyil ki, həm Çin, həm Rusiya həm Qərb həm də Türkiyə Mərkəzi Asiyada öz təsirini artırmağa çalışır. Qazaxıstan isə fərqli güclər arasında çoxvektorlu siyasətlə, və manevrlə öz müstəqilliyini və təhlükəsizliyini qorumaq və iqtisadiyyatını inkişaf etdirməyi nəzərdən keçirir.

Onu da qeyd edək ki, Orta dəhlizin əhəmiyyəti artdıqca Qazaxıstanda bölgədə önəmli bir oyunçuya çevrilir. Qloballaşmanın zəiflədiyi, qütbləşmə və regional fraqmentasiyanın artdığı dönəmdə regional ittifaqlar Qazaxıstan üçün prioritet təşkil edir. Şübhəsiz ki, bu Türk Dövlətləri Təşkilatı üçün geniş perspektivlər vəd edir. Eyni zamanda Qazaxıstan AŞPA, Aİİ, ŞƏT kimi iqtisadi təşkilatlar vasitəsilə, Aİ ilə əməkdaşlıqla iqtisadiyyatını şaxələndirilməyə və öz rolunu artırmağa çalışır.

Kamran Sultanlı
MAMM Türküstan Araşdırmalar Departamentinin əməkdaşı


Xəbər 914 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

31.10.2024  20:12 

Şəmkirdə bədbəxt hadisə

31.10.2024  01:48 

Müğənni Kərim ziyana düşüb

30.10.2024  16:24 

Daha bir tiktoker həbs edildi -Foto


BÜTÜN XƏBƏRLƏR +