“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı


06.11.2018  14:32 

Ukraynaya səfir təyin olunan kimi işini-gücünü atıb...





A+  A-

Ötən həftə bütün dilsevərlərimiz elliklə düşdü xarici işlər nazirimiz Elmar Məmmədyarovun üstünə ki, Azərbaycan türkcəsində bərbad danışır. Əlbəttə, bir nazirdən tələb olunun ilk məsələ peşəkarlıq, ikincisi isə təmsil etdiyi dövlətin dilini yaxşı bilməsidir. Ancaq "dil bilmək" tələbi səsləndirilən cəmiyyətdə daha aktual sual o olmazdı ki, "Azərbaycan türkcəsini yaxşı bildiyini iddia edən mütləq çoxluğun, neçə faizi Azərbaycan türkcəsində, habelə başqa dillərdə günlük mütailə edir?".
Parklarda, çayxanalarda əksər ahıllarımız domino-nərd fəlsəfəsini oxuyurlar, həm də doğma ana dilimizi farsın dilinə bulaşdırıb "pənc-cahar", "şeş qoşa" deyibən şövqlə çığırırlar, bir adam niyə yaxınlaşıb demir ki, öz mənasız vaxtöldürmənizi niyə doğma dilimizdə gerçəkləşdirmirsiniz?

Evdar-işdar qadınlarımızın çoxu hind-türk-braziliya seriallarının, öz milli dilimizdə ruhumuzu oxşayan milli şoularımızın fəlsəfəsini təhlil edirlər, indi də xeyli sosial şəbəkə, instaqram tüfeyliliyi, internet oyun narkomanlığı baş alıb gedir, bu durumda bioloji varlığına görə Azərbaycan türkcəsinin danışmalı olan çoxluğun dil təəssübkeşliyini bu qədər qabartmasının bir anlamı qalırmı?

Əslində Elmar Məmmədyarova aktual olan başqa bir sual verilməliydi. Ukraynadakı səfirliyimizdə baş verən anormallığın adı nədir? Tələt Əliyev 2001-2009-cu ilədək Azərbaycanın Ukraynadakı səfiri olub. İndiki səfirimiz də 2016-cı ildə təyin olunub. 7 il müddətində orada daha iki səfirimiz çalışıb. Yeni səfir iddia edir ki, keçmiş səfir iki milyon yarım vəsaiti mənimsəyib, o halda həmin 7 ildəki səfirlərdən niyə hansısa bu mənimsəməni kəşf edə bilməyib?

Bəs Hesablama Palatası, nazirliyin daxili maliyyə nəzarət qurumu niyə aşkara çıxara bilməyib?

Demək bu nazirlikdə mənimsənilən hər hansı vəsait 7-8 il sonra üzə çıxarılacaq? Keçmiş səfir də iddia edir ki, indiki səfirin diplomat kimi yarıtmaz fəaliyyəti ilə bağlı vaxtilə qətiyyətli mövqe sərgilədiyindən, dünya fırlanıb-dəyişib, həmin şəxs məhz Ukraynaya səfir təyin olunan kimi işini-gücünü atıb keçmiş səfirlə haqq-hesab çəkməyə başlayıb. Başlamanın hüquqi tərəfini bir tərəfə qoyaq, xarici işlər nazirliyimiz səfirlik içi münaqişənin, mübahisənin Ukraynanın hüquq-mühafizə orqanlarının çözməsinə imkan tanıması Azərbaycan üçün biabırçılıq deyilmi? Cənab Elmar Məmmədyarova bunu sormaq lazımdır e...

Ukraynanın daxili işlər naziri Arsen Avakyan vəzifəyə gələndən bəlkə də bu qədər sevinməmişdi, axı adam Azərbaycan diplomatiyasının bu təntənəsinə necə duyarsız qala bilər ki...Vəsaitin mənimsənilməsi faktı varsa, bunu Azərbaycanın hüquq-mühafizə orqanları, maliyyə nəzarəti qurumları yüksək peşəkarlıqla ortaya çıxara bilərdi, əgər keçmiş səfirə qarşı indiki səfir tərəfindən böhtan, qərəz aksiyası olardısa, yenə də məsələni aydınlaşdıra bilərdilər, ancaq mövcud səfirimizin Ukraynanın hüquq-mühafizə orqanlarına müraciət etməsi, sənədlərlə bağlı məhkəmə qərarı ilə keçmiş səfirin evindən səfirliyə aid sənədlərin götürülməsi dövlətçilik barədə danışılanların bu nazirliyimizin strukturlarında şüarçılıqdan başqa bir şey olmadığını göstərir.

Mən tərəflərdən kiminsə haqlı-haqsızlığını söyləyəcək qədər bilgiyə sahib deyiləm, sadəcə bir səfirliyin nümunəsində xarici siyasət müəssisəmizin acınacaqlı durumunu müşahidə edirəm. Sözümün canı budur ki, hörmətli Elmar müəllimdən dili necə bilməyini deyil, hüququ, təyin etdiyi səfirlərin dövlətçilik anlayışlarının səviyyəsini necə bildiyini soruşmaq daha məntiqli olmazdımı?

Fazil Mustafa,
Milli Məclisin üzvü


Xəbər 6997 dəfə oxunub.




19.10.2024  20:50 

Faktiki hava açıqlandı

19.10.2024  17:23 

Kahramanmaraşda zəlzələ olub

19.10.2024  17:19 

Ərdoğan Olaf Şoltsu qəbul edib


BÜTÜN XƏBƏRLƏR +