Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video
Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ
Ersin Tatarın Azərbaycana səfəri başlayıb
Azərbaycanda ərzaq BAHALAŞACAQ – Qiymət artımının yaratdığı DOMİNO EFFEKTİ
Prezidentdən pensiyalarla bağlı qərara MÜHÜM DƏYİŞİKLİK
FTX Azərbaycan diasporunun ofisində əməliyyat aparıb - Saxlanılanlar var
Prezident Natiq Qasımovla bağlı paylaşım etdi -Foto


10.10.2019  17:11 

İlin sonunadək Bakıda bütün avtobuslar kart sisteminə keçəcək





A+  A-

İlin sonunadək Bakıda bütün avtobus marşrutlarının kart sisteminə keçidi təmin olunacaq...
XəzərNews.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Onun sözlərinə görə, hazırda paytaxt ərazisində müntəzəm marşrut xətlərində istifadə olunan 503 avtobusda gediş haqqı kart sistemi ilə qəbul olunur, qalan böyük əksəriyyətində isə kart sistemi yoxdur.

“Bu prosesi gecikdirən əsas səbəblərdən biri avtobusların yenilənməsidir. Yəni, texniki baxımından yararsız olan avtobuslarda kart sisteminin tətbiqinin anlamı yoxdur. Lakin dövlət tərəfindən bu sahədə çalışan sahibkarlar üçün yaradılan şəffaf idarəetmə sistemi və əlverişli biznes mühitinin verdiyi imkanlar, daşıyıcılar tərəfindən yeni avtobusların gətirilməsinə maraq yaranıb. Bu imkanlardan istifadə edən daşıyıcılar tərəfindən təxminən 200-ə yaxın yeni nəqliyyat vasitəsi gətirilərək müxtəlif xətlər üzrə istismara verilib. Bunların sırasına 39, 81, 160, 64, 133, 202 və digər nömrəli marşrut xətlərini qeyd etmək olar ki, onlarda yeniləmə işləri aparılıb”, - deyə M. Ağayev qeyd edib.

Agentliyin sözçüsü əlavə edib ki, hazırda dövlət tərəfindən də avtobus parkının yenilənməsi üzrə işlər aparılır və bu işlər çərçivəsində paytaxta yeni 300 avtobus gətiriləcək:

“Onlardan təxminən 210-u artıq Bakıdadır. Digərlərin də gətirilməsi üçün plana uyğun olaraq işlər aparılır. Proses tam olaraq noyabr ayında yekunlaşacaq. Ümumiyyətlə, bu avtobusların xətlərə buraxılması və kart sisteminə tam keçid bu ilin sonuna yekunlaşacaq”, - deyə M. Ağayev əlavə edib.

Xəbər 1529 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.07.2024  16:15 

BUDADLAR, yoxsa BUDUQLAR -Video

18.07.2024  13:10 

Şahrudin “Qarabağ”da

17.07.2024  12:50 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +