Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video
Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ
Ersin Tatarın Azərbaycana səfəri başlayıb
Azərbaycanda ərzaq BAHALAŞACAQ – Qiymət artımının yaratdığı DOMİNO EFFEKTİ
Prezidentdən pensiyalarla bağlı qərara MÜHÜM DƏYİŞİKLİK
FTX Azərbaycan diasporunun ofisində əməliyyat aparıb - Saxlanılanlar var
Prezident Natiq Qasımovla bağlı paylaşım etdi -Foto
İlham Əliyev Rusiya prezidentinə və Dağıstanın rəhbərinə başsağlığı verib
Xalqı taladı, indi də Qarabağı talamaq istəyir...


23.06.2017  10:15 

Məhkəmə “Porsche”li Ağaəli ilə bağlı qərar verdi





A+  A-

Məhkəmə Bakıda “Porsche” ilə qadını vuraraq öldürən yeniyetmə barəsində qərar çıxarıb.
Bakı şəhər prokurorluğundan verilən məlumata görə Sabunçu rayon Məhkəməsinin iyunun 22-də qəbul etdiyi qərarla Sabunçu Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış Fərəcli Ağaəli Fizuli oğlunun barəsində tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilməsinə dair vəsatəti təmin edilib.

Qərarın icrası Sabunçu İcra Hakimiyyətində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya və Sabunçu Rayon Polis İdarəsinə həvalə edilib.

Xatırladaq ki, hadisə bu il mayın 3-də baş verib. Həmin vaxt naməlum avtomobilin sürücüsü Sabunçu rayonu ərazisində hərəkətdə olarkən piyada Məmmədova Xəyalə Ənvər qızını vuraraq hadisə yerindən qaçıb. X.Məmmədova aldığı bədən xəsarətlərindən 3 saylı şəhər kliniki xəstəxanasında vəfat edib. Fakta görə Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə cinayət işi başlanıb. Həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Porsche” markalı 99-BS-999 dövlət nömrə nişanlı avtomobili idarə edən A.Fərəcli tərəfindən törədilməsi müəyyən edilib. Cinayət işi həmin Məcəllənin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələrinə tövsif edilib.

Cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının cinayət qanunvericiliyində nəzərdə tutulmuş yaş həddinə çatmamış A.Fərəclinin qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi barədə müvafiq tədbirlərin görülməsi təmin ediləcək.

Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs - Nadir Məmmədov (ad və soyad şərtidir) tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmə hüququ olmayan şəxsə - azyaşlı oğluna verdiyinə görə barəsində İnzibati Xətalar Məcəlləsinin 335.3-cü maddəsində nəzərdə tutulan inzibati tənbeh tətbiq edilib.

(report.az)

Xəbər 953 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.07.2024  12:21 

Məşhur aktyor Şuşada -Foto

10.07.2024  17:32 

Ozan Akbaba Bakıya gəlib -Foto

10.07.2024  17:16 

Hüseyn Həsənov Rusiyadan qaçıb

09.07.2024  07:10 

Tanınmış meyxanaçı vəfat edib


BÜTÜN XƏBƏRLƏR +