24.11.2017 19:25
Pasportunu və vəsiqəsini itirənlərin ödədiyi rüsum artırıldı
Azərbaycanda ümumvətəndaş pasportu və vətəndaşın şəxsiyyət vəsiqəsinin itirilməsi və korlanması ilə əlaqədar bu sənədlərin yenidən verilməsinə görə rüsumlar dəyişdirilir.
XəzərNews.az bildirir ki, bu barədə “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər edilməsi barədə layihəyə istinadən xəbər verir.
Dəyişikliyə əsasən, Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsinin itirilməsi və korlanması ilə əlaqədar yenidən verilməsinə görə rüsum artırlır. Belə ki, sənəd 10 iş günü müddətində verildikdə 5 manatdan 15 manata, 3 iş günü müddətində verildikdə 25 manatdan 35 manata və 1 iş günü müddətində verildikdə 35 manatdan 45 manata artırılır.
Həmçinin, Azərbaycan vətəndaşlarına xaricə getmək hüquq verən ümumvətəndaş pasportlarının itirilməsi və korlanması ilə əlaqədar yenidən verilməsinə görə yeni rüsumlar müəyyən edilib.
Belə ki, dəyişikliyə əsasən, sənəd 10 iş günü müddətində verildikdə 1 yaşadək uşaqlar üçün 20 manat (hazırda 10 manat), 1 yaşından 3 yaşadək uşaqlar üçün 30 manat (20 manat), 3 yaşından 18 yaşadək uşaqlar üçün 40 manat (hazırda 30 manat), 18 yaşına çatmış vətəndaşlara 50 manat (hazırda 40 manat),
5 iş günü müddətində verildikdə 1 yaşadək uşaqlar üçün 30 manat (hazırda 20 manat), 1 yaşdan 3 yaşadək uşaqlar üçün 50 manat (40 manat), 3 yaşdan 18 yaşadək uşaqlar üçün 70 manat (60 manat), 18 yaşına çatmış vətəndaşlara 90 manat (80 manat),
1 iş günü müddətində verildikdə 1 yaşadək uşaqlar üçün 50 manat (hazırda 40 manat), 1 yaşından 3 yaşadək uşaqlar üçün 90 manat (80 manat), 3 yaşından 18 yaşadək uşaqlar üçün 130 manat (hazırda 120 manat), 18 yaşına çatmış vətəndaşlara 170 manat (hazırda 160 manat) ödəniləcək.
Qeyd edək ki, hazırda ümumvətəndaş pasportu və vətəndaşın şəxsiyyət vəsiqələri itirilmə və korlanma ilə əlaqədar yenidən verildikdə rüsumlar ümumi qaydada (qüvvədə olma müddətinin bitməsi, habelə qanunla müəyyən edilmiş hallarda dəyişdirilməsi nəzərə tutulan hallarda) tutulur.
Xəbər 1763 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|