Prezident Şuşada 2-ci Qlobal Media Forumda - CANLI
Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video
Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ
Ersin Tatarın Azərbaycana səfəri başlayıb
Azərbaycanda ərzaq BAHALAŞACAQ – Qiymət artımının yaratdığı DOMİNO EFFEKTİ
Prezidentdən pensiyalarla bağlı qərara MÜHÜM DƏYİŞİKLİK
FTX Azərbaycan diasporunun ofisində əməliyyat aparıb - Saxlanılanlar var


19.11.2022  10:05 

“Rusiya qalib gələ bilməyəcək“ - ABŞ





A+  A-

ABŞ Dövlət Departamenti Rusiyanı müharibəni dayandırmağa və qoşunlarını Ukraynadan çıxarmağa çağırıb.

XəzərNews.az xəbər verir ki, brifinq zamanı Dövlət Departamenti katibinin müavini Vedant Patel bildirib ki, Rusiya Federasiyası bu dəhşətli müharibədə qalib gələ bilməz.

"Biz Rusiyanı öz qüvvələrini geri çəkməyə çağırırıq ki, qalib gələ bilməyəcək və lazımsız müharibəyə son qoysun - onun taktikası nə qədər alçaq və ehtiyatsız olsa da", - o vurğulayıb.

Patel qeyd edib ki, Ukraynanın işğal olunmuş ərazilərində törədilən vəhşiliklərə görə məsuliyyət daşıyan Rusiya Federasiyasıdır.

Dövlət Departamenti sözçünün sözlərinə görə, son hesabatlarda rus işğalçıları tərəfindən Xerson və regionda çoxsaylı qanunsuz həbslər, işgəncələr və insanların itkin düşməsi halları var.

"Bu gün biz bir daha Rusiya Federasiyasını əməliyyatlarını, insan hüquqlarının pozulması və etinasızlığını, beynəlxalq humanitar hüquqa və BMT Nizamnaməsinə məhəl qoymamasını dayandırmağa çağırırıq", - deyə Patel əlavə edib.

İsmayıl
XəzərNews.az


Xəbər 643 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

20.07.2024  17:13 

Neymar ata oldu

18.07.2024  16:15 

BUDADLAR, yoxsa BUDUQLAR -Video

18.07.2024  13:10 

Şahrudin “Qarabağ”da

17.07.2024  12:50 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +