Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır
Prezident sərəncam imzaladı
Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb


02.08.2021  10:22 

Polisdən qaçmaq istəyərkən atəş açdı





A+  A-

İmişlidə narkotik tərkibli bitkilərin aqrotexniki qaydada qulluq edilərək yetişdirilməsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, rayonun Ağaməmmədli kəndi ərazisində yerləşən çöllük sahədə külli miqdarda narkotik tərkibli çətənə kollarının əkildiyi barədə məlumatı daxil olub.

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində qeyd edilən ərazidə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan rayonun Muradxanlı kənd sakini Rahib Hüseynov "iş başında" saxlanılıb.

Saxlanılan zaman R.Hüseynov odlu silahdan havaya atəş açaraq hadisə yerindən qaçmağa cəhd edib. Lakin onun bu cəhdinin qarşısı polis əməkdaşları tərəfindən alınıb.

Həmin əraziyə keçirdikləri baxış zamanı isə oradan təmiz çəkisi 10 kiloqram 200 qram olan qurudulmuş marixuana və xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 127 ədəd çətənə bitkisi, eləcə də bir ədəd müvafiq sənədləri olmayan "TOZ" markalı ov tüfəngi aşkar edilib.

Faktla bağlı R.Hüseynov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Xəbər 1920 dəfə oxunub.




17.08.2024  15:37 

Tanınmış aktyor vəfat edib -Foto

15.08.2024  15:57 

“İTV” kanalı cərimələnib


BÜTÜN XƏBƏRLƏR +