Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


11.12.2020  13:43 

Ərdoğandan Bakı səfərindən sonra mühüm açıqlamalar





A+  A-

“Azərbaycana tarixi səfər etdik. Qarabağ zəfəri Türkiyə ilə Azərbaycan münasibətlərinin tarixində dönüş nöqtəsi oldu”.
XəzərNews.az-ın “Hürriyət”ə istinadən xəbərinə görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı səfərindən qayıdarkən jurnalistlərin suallarına cavabında bildirib.

Ərdoğan Qarabağın zəfəri ilə nəticələnən 44 günlük mübarizə ərzində Türkiyənin anbaan Azərbaycanın yanında olduğunu bir daha bəyan edib:

“Prosesi şəxsən özüm tez-tez izləmişəm. Başda xarici işlər naziri, milli müdafiə naziri və Milli Kəşfiyyat Təşkilatının başçısı olmaqla bütün dostlarım mütəmadi əlaqədə idilər. Bundan əlavə, digər heyətlərimizin oraya gediş və gəlişləri ilə prosesi yaxından izlədik. Qardaşım İlham Əliyevlə daim telefon danışıqlarımız oldu. Dostlarımız davamlı olaraq cəbhədə və masada mübarizə apardılar. Bu 44 günün pərdə arxasının yazılacağına əminəm. Zaman bunun ciddi şahidi olacaqdır”, - deyə Ərdoğan sözlərinə əlavə edib.

Ərdoğan Qarabağ zəfəri ilə Qafqaz tarixinin yeni bir səhifəsinin açılmasına diqqət çəkib:

“İnanıram ki, bundan sonra bölgənin tarixi yeni bir istiqamətdə formalaşacaq. Üzərində çalışdığımız altılı platforma hər kəs üçün qazanc qazanma imkanları təmin edəcək bir təşəbbüsdür. Ermənistan da bu prosesə qatılıb müsbət addımlar atarsa, Türkiyə-Ermənistan münasibətlərində yeni bir səhifə açıla bilər. Yeni imkanlar yarandığı təqdirdə, şübhəsiz ki, Ermənistanın qazancı burada xeyli artacaq. Bundan ən çox qazanan Ermənistan olacaq”.



Xəbər 2550 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +