Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO


16.11.2023  10:37 

Azərbaycan çinli tərəfdaşlarla memorandumlar imzaladı





A+  A-

Noyabrın 15-də Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Turizm Bürosu tərəfindən Çin Xalq Respublikasının Pekin şəhərində təşkil edilmiş tədbirdə Azərbaycan Turizm Bürosu, "Azərbaycan Hava Yolları" QSC və "China Tourism Group" (CTG) arasında strateji tərəfdaşlığa dair üçtərəfli memorandum imzalanıb.

Xəzərnews.az xəbər verir ki, Memoranduma əsasən, Çin mərkəzi hökumətinin "China Tourism Group" (CTG) holdinqi tərəfindən Azərbaycan turizm məhsullarının təşviqi, yeni turizm məhsullarının inkişaf etdirilməsi, onlayn reklam, sosial media vasitəsilə məzmun marketinqi, onlayn və oflayn tədbirlərin təşkili üzrə fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulur.

Həmçinin Azərbaycan Turizm Bürosu ilə Çinin tanınmış onlayn səyahət platforması "Qyer.com" arasında da əməkdaşlığa dair memorandum imzalanıb. Memorandum sənədində müştərək məzmunların yaradılması, brendin təşviq edilməsi, media təbliğatı və data əsaslı təhlil və tədqiqat sahələri üzrə strateji tərəfdaşlığın həyata keçiriləcəyi diqqətə çatdırılır.

Tədbirdə çıxış edən Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid Çinin getmə turizmi üzrə geniş potensialının mövcudluğunu qeyd edərək imzalanmış memorandumların Azərbaycana səfər edən Çin vətəndaşlarının sayının artmasına öz töhfəsini verəcəyini diqqətə çatdırıb. Florian Zenqstşmid 2023-cü ilin yanvar-oktyabr dövrü ərzində Çindən Azərbaycana səfər edən ziyarətçilərin sayının 20 469 nəfər olduğunu, bunun da ötən ilin eyni dövrü ilə müqayisədə 7 dəfədən çox artım sayıldığını bildirib və bu rəqəmlərin çinli səyahətçilərin Azərbaycana xüsusi marağının göstəricisi olduğunu vurğulayıb.

Üçtərəfli memorandumun imzalanma mərasimində "Azərbaycan Hava Yolları" QSC İcraçı direktorunun birinci müavini Nazim Səmədov qeyd edib ki, aviaşirkət dekabr ayından etibarən Çinin paytaxtı Pekinə uçuşlar həyata keçirməyi planlaşdırır. Həmçinin bildirilib ki, AZAL müasir təyyarə parkına malik, dünyanın sürətlə inkişaf edən aviadaşıyıcılarından biri olaraq marşrut şəbəkəsini daim genişləndirməkdədir.

Bundan əlavə, Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə "Azərbaycan Hava Yolları" QSC və 9 yerli turizm sənayesi nümayəndəsi Çin Xarici Səyahət və Turizm Bazarı (COTTM) sərgisində ölkə stendi ilə təmsil olunub.

Beynəlxalq turizm sərgisi çərçivəsində Çinin media platformaları, getmə turizm seqmentində fəaliyyət göstərən turizm şirkətləri ilə görüşlər keçirilib, Azərbaycanın turizm məhsulları barədə məlumat verilib.

Xatırladaq ki, ötən həftə Şanxayda Azərbaycanı çinli səyahətçilərin üstünlük verəcəyi turizm istiqamətinə çevirmək məqsədi daşıyan, turizm sənayesinin çinli turistləri qarşılamağa və onlara xidmət göstərməyə hazırlığını təmin etmək üçün nəzərdə tutulan “China Ready” proqramının təqdimatı baş tutub.

Çin turizm sənayesinin Azərbaycan haqqında məlumatlılığını genişləndirmək və ölkənin Çin bazarında iştirakını gücləndirmək məqsədilə Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə 9-13 noyabrda Çinin Şanxay, Quançjou və Çenqdu şəhərlərində silsilə təqdimat tədbirləri keçirilib.




Xəbər 1132 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

31.10.2024  20:12 

Şəmkirdə bədbəxt hadisə

31.10.2024  01:48 

Müğənni Kərim ziyana düşüb

30.10.2024  16:24 

Daha bir tiktoker həbs edildi -Foto


BÜTÜN XƏBƏRLƏR +