Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır
Prezident sərəncam imzaladı
Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb


20.06.2023  13:10 

Jurnalistlərin səsinin Prezidentə çatmasına kimlər mane olur?





A+  A-

2020-ci ilin möhtəşəm Zəfərindən sonra hansısa "görünməz qüvvə" sistemli şəkildə Prezident-Xalq birliyinə hücuma keçdi. İlk hədəf Ali Baş Komandanın əmrini canı-qanı bahasına yerinə yetirən, yaşayış məntəqələrimizin azadlığı raportunu qürurla verən hərbçilərimiz oldu. İrəli gedən Ordunun maaşı "gerilədi", veteranların hüquqlarının təminatı və Prezident təqaüdləri bir ildən çox gecikdirildi, qazilərimizin əlillik təyinatında ciddi problemlər yaradıldı...

Sonra növbə Prezidentin "mənim köməkçilərim" adlandırdığı media nümayəndələrinə çatdı. Birinci Qarabağ müharibəsindən fərqli olaraq, İkinci Qarabağ Müharibəsində döyüş bölgəsindən xəbər verən jurnalist və operatorlara nəinki "Müharibə veteranı" adı verildi, "Arxa cəbhədə iştirakına görə" medalı ilə təltif olunmaları haqqında təkliflər belə səslənmədi.

44 günlük Vətən müharibəsinin informasiya cəbhəsində qələmi və kamerası ilə xidmət edən yüzlərlə media nümayəndəsi, hərb cəbhəsində isə silahı ilə döyüşən 50-dən çox jurnalist və operatorun fəaliyyəti haqqında Ali Baş Komandana ətraflı məlumatlar çatdırılmadı.

Buna görə də, qardaş ölkəmizin fədakar jurnalisti Fülya xanıma (Fülya Öztürk) "Bizim qızdı" deyən Prezidentimiz, jurnalistlərimizin hansısa konkret fəaliyyəti haqqında demək olar ki, heç nə demədi...

Elə həmin qüvvələrin təsiri ilə jurnalistlər üçün tikilən 3-cü bina haqqında Prezident sərəncamının dəyişdirilməsi ilə bağlı "müraciət" olundu. Əksəriyyəti Dövlət tərəfindən özləri, valideynləri, övladları... ev alan şəxslər əsassız bəhanələrlə bu imkanı illərdir gözü yolda olan jurnalistlərdən almağa çağırış etdilər.

Media nümayəndələrin fərdi və qrup şəklində müraciətlərinin Prezidentə və Birinci Vitse-Prezidentə çatdırılmasında süni əngəllər davam edir. Məsələn, Şəhid ailəsi üzvü və müharibə iştirakçısı jurnalistlərin Prezidentə məktubu "Xarici siyasət şöbəsinə (!)" yönləndirildi...

Elə həmin qüvvələr yenə də jurnalistlərin haqq səsinin Prezidentə çatmasına mane olmağa çalışırlar.

Ümid edirik ki, bu dəfə alınmayacaq.

Şöhrət Eyvazov,
Qarabağ Müharibəsi veteranı,
jurnalist


Xəbər 892 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

17.08.2024  15:37 

Tanınmış aktyor vəfat edib -Foto

15.08.2024  15:57 

“İTV” kanalı cərimələnib


BÜTÜN XƏBƏRLƏR +