Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır
Prezident sərəncam imzaladı
Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək


08.03.2024  11:23 

İslamofobiya bu gün ideoloji bir faciəyə çevrilib





A+  A-

İslamofobiya bu gün ideoloji bir faciəyə çevrilib. Biz bunu artıq siyasət adamlarının çıxışlarında da görürük.

Xəzərnews.az xəbər verir ki, bunu Dünya Müsəlman İcmaları Şurasının Baş katibi Məhəmməd Beçəri Bakıda "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfransın “Tolerantlığı təşviq etmək üçün qlobal dialoqa çağırış, Sülh və İnsan Hüquqlarına və Dini Müxtəlifliyə Hörmət” adlı plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, atılan addımlar islamofobiya və ksenofobiya qarşısında acizdir: "50 minə yaxın insan Qərb ölkələrində yaşamaqdadır və hər birimiz bu ölkələrin müsəlmanlara yanaşmasından xəbərdarıq. Geniş vüsət almış islamofobiyaya qarşı mübarizə aparmaq üçün bir sıra təkliflər irəli sürmək istərdim. Düşünürəm ki, İƏT-ə üzv ölkələrdə dini ayrı-seçkiliklə bağlı qanun qəbul edilməli və bu əməl cinayət əməli kimi təsbit olunmalıdır. İkincisi isə islamla bağlı düzgün təsəvvürün formalaşması üçün vəsaitlər hazırlanmalı və dərsliklərə salınmalıdır. Üçüncü əməli addım isə dialoqların, dini icmalar arasında əməkdalışqların genişləndirilməsi üçün konsepsiyalar hazırlanmalıdır. Bu cür tədbirlərin həyata keçirilməsinə və mütəmadi olaraq islamofobiya ilə əlaqədar məsələləri gündəmdə saxladığına görə Azərbaycana təşəkkür edirəm".

Xəbər 898 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

17.08.2024  15:37 

Tanınmış aktyor vəfat edib -Foto

15.08.2024  15:57 

“İTV” kanalı cərimələnib

13.08.2024  14:51 

Prezident sərəncam imzaladı


BÜTÜN XƏBƏRLƏR +