Azərbaycanda ərzaq BAHALAŞACAQ – Qiymət artımının yaratdığı DOMİNO EFFEKTİ
Prezidentdən pensiyalarla bağlı qərara MÜHÜM DƏYİŞİKLİK
FTX Azərbaycan diasporunun ofisində əməliyyat aparıb - Saxlanılanlar var
Prezident Natiq Qasımovla bağlı paylaşım etdi -Foto
İlham Əliyev Rusiya prezidentinə və Dağıstanın rəhbərinə başsağlığı verib
Xalqı taladı, indi də Qarabağı talamaq istəyir...
Prezident : ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtı çoxdan yetişib
Diaspora üçün Azərbaycanı təbliğ edən tribunalar niyə qapadılıb?
“Daşnaksütyun” partiyasının 13 üzvü saxlanılıb
Prezident Azərbaycan xalqını təbrik edib


20.02.2018  10:52 

Novruz Bayramı ilə axır çərşənbə eyni gün olacaq? - Açıqlama





A+  A-

"Bu il martın 20-nin ilaxır çərşənbəyə təsadüf etməsi bəzi insanlarda çaşqınlıq yaradır. Lakin insanlar bilməlidirlər ki, bu il ilaxır çərşənbə ilə Novruz bayramı günü deyil, bayram axşamı üst-üstə düşəcək”.
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədli deyib.

Onun sözlərinə görə, fevralın 27-də ilk çərşənbə - Su, martın 6-da Od, martın 13-də Yer, martın 20-də Torpaq çərşənbəsi qeyd olunacaq. Martın 20-si axşam bayram axşamı, martın 21-i isə bayram günü olacaq:

"Azərbaycanda insanlar bayramdan bir gün əvvəl dünyasını dəyişən yaxınlarının qəbri üstünə gedirlər. Buna görə də martın 20-də, yəni bayram axşamı günündə insanlar dünyasını dəyişənlərin qəbri üstünə gedəcəklər. Martın 21-də isə səhər saat 8-də il təhvil veriləcək və yaz fəsli başlayacaq. Həmin gün bayram günü kimi qeyd ediləcək”.

A.Əhmədli qeyd edib ki, ilaxır çərşənbə ilə bayram axşamının üst-üstə düşməsi az təsadüf olunur. Amma daha nadir rast gəlinən hal ilaxır çərşənbə ilə bayram gününün üst-üstə düşməsidir: "Bu hadisə qərinədə bir dəfə olur. Sonuncu dəfə 2008-ci ildə ilaxır çərşənbə ilə bayram günü üst-üstə düşüb. Bu il ilaxır çərşənbə ilə bayram axşamının üst-üstə düşməsi ilaxır çərşənbənin bayram əhval-ruhiyyəsini zəiflətmir, əksinə daha da gücləndirir”.

Fevralın 20-dən "kiçik çilə”nin başa çatdığını və "Boz ay”ın başladığını xatırladan A.Əhmədli bildirib ki, "Boz ay” 4 çərşənbədən ibarətdir: "Bəzi alimlər Novruz çərşənbələrinin sayının 7 – Su çərşənbəsinə qədər 3 yalancı çərşənbənin olduğunu bildirirlər. Amma Azərbaycanda dövlət səviyyəsində 4 əsas çərşənbə qeyd edilir. Bunlar dünyanın yaranışı üçün vacib olan 4 əsas ünsürdür”.

Xəbər 2350 dəfə oxunub.




01.07.2024  16:20 

Damla İranda konsert verib -Video

01.07.2024  08:31 

Bu yollarda tıxac var -Siyahı

29.06.2024  13:23 

“Ölü leyləklər”- (hekayə)

29.06.2024  13:04 

Sabahın havası AÇIQLANDI

29.06.2024  10:40 

Xatun gözəllikdən yazdı

28.06.2024  18:16 

Nəsrin Cavadzadə Bakıda -Fotolar


BÜTÜN XƏBƏRLƏR +