QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video
Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ
Ersin Tatarın Azərbaycana səfəri başlayıb
Azərbaycanda ərzaq BAHALAŞACAQ – Qiymət artımının yaratdığı DOMİNO EFFEKTİ
Prezidentdən pensiyalarla bağlı qərara MÜHÜM DƏYİŞİKLİK
FTX Azərbaycan diasporunun ofisində əməliyyat aparıb - Saxlanılanlar var
Prezident Natiq Qasımovla bağlı paylaşım etdi -Foto
İlham Əliyev Rusiya prezidentinə və Dağıstanın rəhbərinə başsağlığı verib


30.04.2020  16:05 

ABŞ-ın ilk koronavirus dərmanı TƏSDİQLƏNİR





A+  A-

Amerika Qida və Dərman Administrasiyasının (FDA) dərman firması “Gilead Sciences” şirkətinə aid olan “Remdesivir” pereparatının üçüncü mərhələ test nəticələrinin müsbət olduğunu və dərmanı təsdiqləməyi planlaşdırdığını açıqlayıb.
XəzərNews.az “The New York Times”a istinadən xəbər verir ki, FDA-nın idarə heyətindən verilən açıqlamaya görə, COVID-19 xəstələrini müalicə etmək üçün sınanılan “Remdesivir” antiviral pereparatı üçün istifadə icazəsinin verilməsi planlaşdırılır. Bununla birlikdə ABŞ-ın dərman firması “Gilead Sciences” koronavirus xəstələrinin müalicəsində "Remdevisir”in istifadəsinə dair müsbət nəticələr əldə etdiyini bildirib.

Bu açıqlamadan sonra “Gilead Sciences” şirkətinin səhmləri birjada 9 faiz dəyər qazanıb. Xəbər, eyni zamanda ABŞ birjalarında ümumi yüksəlişə səbəb olub.

Qeyd edək ki, “Remdesivir” koronavirusun müalicəsində hələ ki, sınaq məqsədilə istifadə olunan dərmanlardan biridir.

Xəbər 1927 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

17.07.2024  12:50 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +