İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək
Prezident Şuşada 2-ci Qlobal Media Forumda - CANLI
Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video
Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ


31.10.2023  10:49 

Rusiyaya qayıdacağam, həm toylarım var, həm də orada yaşayıram -Fədayə Laçın





A+  A-

“Əslində Azərbaycana qayıtmağıma səbəb toy məclisləri oldu. Bir neçə dəvətdən sonra məcbur olub gəldim. Getməli idim, gördüm ki, dəvətlər artmağa başladı. Rusiyaya qayıdacağam, çünki həm orada toylarım var, həm də orada yaşayıram. İnsanların məni bu cür ürəkdən qarşılamaqları mənə çox xoş oldu. Efirlər də mənim üçün darıxmışdı. Tamaşaçılar yazır ki, efirlərin dadı-duzu, ləzzəti qayıtdı. Mən də o sevgidən ilhamlanıb Bakıya gələn günündən çəkilişlərdəyəm. Öz şəxsi işlərimi kənara qoymuşam. Heç kimlə görüşməmişəm. Dost-tanış, qohum-əqrəba hamısı məndən inciyib. Hələ burdayam, deyə bilirəm ki, sevdiklərimlə arxayın görüşəcəyəm”.

Xəzərnews.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış müğənni Fədayə Laçın deyib.

“Ən çox anam, bacılarım üçün darıxmışdım. Rusiyada yaşayan azərbaycanlılar da məni sevirlər, amma buradakı kimi deyil. Heç bilməzdim ki, mənim üçün bu qədər darıxıblar”, - deyə müğənni bildirib.
Fədayə Laçın oğlu Əlhəmi evləndirmək istəyindən də söz açıb.

“Mən oğlumu evləndirmək istəyirəm. İstəyərdim də. Amma onun ixtiyarına buraxmışam. O, özü ağıllı oğlandır, deyir ki, bu, elə bir məsələdir ki, gərək yüz ölçüb, bir biçəsən. Əlhəm nə vaxt desə ki, evlənirəm, mən hazıram”, - deyə müğənni bildirib.
Fədayə Laçın plastik əməliyyatlara da münasibət bildirib:

“Bir az artıq çəki aldığım üçün insanlar elə bilirlər ki, üzümə dolğu etdirmişəm. Üzümdə heç nə yoxdur. Arıqlayan kimi yanaqlarım düşür. Kökələn kimi isə əksinə olur. Üz-gözümdə heç nə yoxdur. Ehtiyac da bilmirəm. Nə vaxtsa ehtiyac bilsəm, bəlkə də müraciət edərəm. Plastik cərrahiyyələrdən çox qorxuram. Elə bilirəm ki, həmin prosedurun üstündən illər keçəndən sonra insan peşman olur. Mən də bu peşmanlıqdan qorxuram”, - deyə müğənni bildirib.

Fədayə Laçın bildirib ki, Moskvada heç bir biznesi yoxdur.

“Restoranımız daha işləmir. Biz onu oğlum Əlhəm üçün götürmüşdük. Əlhəm də şair adamdır. Biz incəsənət adamıyıq, gördük ki, bizlik deyil. Bir il işlətdik, xoşumuz gəlmədi, istədiyimiz kimi olmadı, ona görə də məsləhət bildik ki, daha çox ziyana düşməmiş restorandan çıxaq. Az ziyanla çıxdıq. Deyirlər ki, Fədayənin bir milyon borcu var, o borc deyil. 1 milyon rubldur. O da bizim pulla 17-20 min manat arası edir. Bu borc deyil, ziyandır, itirdiyimiz puldur. Heç kimə də borcumuz yoxdur. Biznesimiz ancaq toylardır”, - deyə müğənni bildirib.

Xəbər 1059 dəfə oxunub.




03.08.2024  19:07 

Hakan Fidan Misirə səfər edəcək

03.08.2024  18:58 

Laçında mina hadisəsi baş verib

03.08.2024  18:54 

Sumqayıtda bıçaqlanma olub

03.08.2024  15:39 

İranda nə baş verir?

02.08.2024  14:40 

Rza Rzayev azadlığa buraxılıb

01.08.2024  12:01 

Hikmet Elp mükafatlandırıldı

30.07.2024  13:38 

TƏBİB-dən yeni təyinat -Foto


BÜTÜN XƏBƏRLƏR +