İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək
Prezident Şuşada 2-ci Qlobal Media Forumda - CANLI
Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video
Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ


23.12.2017  11:16 

“DəmirBank” bağlandı, bəs kreditlərin taleyi necə olacaq?





A+  A-

“Hər bir bank Əmanətlərin Sığortalanması Fonduna aylıq və ya illik ödəmələr edərək onun üzvü olur. Beləliklə də, dövlət gələcəkdə yaranacaq hər hansı məsuliyyətin bir qismini öz üzərinə götürür”
XəzərNews.az xəbər verir ki, bunu “Qafqazinfo”ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli ləğv edilən “Dəmir Bank”ın müştərilərinin əmanətləri və kreditləri ilə bağlı yaranmış narahatlığına münasibət bildirərkən deyib.

O bildirib ki, bu ödəmələrin həcmi bankların illik dövriyyəsindən asılıdır: “ Bu da hardasa illik 50 min manatdan başlayır. Bundan əlavə, dövlət qurumları banklara nəzarət mexanizmləri tətbiq etməlidir. Əgər hər hansı bankda, yaxud filialda vəsaitlərin qeyri- qanuni xərclənməsi varsa xərclənməyə görə Palata və ya Mərkəzi Bank tərəfindən nəzarət mexanizmlərinin olması vacibdir. Bunlar olmadığı üçün sonradan problemlər yaranır və cinayət işləri açılır. Ancaq bütün hallarda məsuliyyətin bir hisssəsi istənilən halda dövlət qurumlarının üzərinə düşür. Sonradan banklarla bağlı problem yaşananda dövlətin sığorta fondu ödənişlərin bir hissəsini öz üzərinə götürür. Sığorta fondu yaradılmırsa bir çox ölkələrdə banklar özəl sığorta fondalarında öz risklərini sığortalayırlar. Bizdə isə özəl sığorta fondları bu məsuliyyətin altına girmir.

Əslində dövlət pis bir prisident də yaradıb. Beynəlxalq Bankla bağlı məsələdə onun 3 milyarddan çox xarici borcunu öz üzərinə götürüb. Dövlət bunu edirsə daxili borclarda da problemlərin də bir qismini öz üzərinə götürməlidir”.

Ekspert kreditlərin taleyi ilə bağlı əlavə edib ki, bundan sonra ləğv etmə komissiyası qurulacaq: ““Dəmir Bank”ın bütün məsuliyyəti hər hansı bir maliyyə qurumuna yaxud banka həvalə edəcək. Kreditorlarla yenidən özəl müqavilələr bağlanacaq. Əgər vətəndaşlar krediti ödəməsə proses məhkəmələrə daşınacaq. Bu gün məhkəmələrdəki işlərin çoxu bank müştəri münasibətlərinə aiddir. Bu böyük biabırçılıqdır”.

Xəbər 1156 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.08.2024  19:07 

Hakan Fidan Misirə səfər edəcək

03.08.2024  18:58 

Laçında mina hadisəsi baş verib

03.08.2024  18:54 

Sumqayıtda bıçaqlanma olub

03.08.2024  15:39 

İranda nə baş verir?

02.08.2024  14:40 

Rza Rzayev azadlığa buraxılıb

01.08.2024  12:01 

Hikmet Elp mükafatlandırıldı

30.07.2024  13:38 

TƏBİB-dən yeni təyinat -Foto


BÜTÜN XƏBƏRLƏR +