“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ
“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı
İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb
Vüsalənin hamamında mənim nə işim var?!
İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır


15.11.2021  13:55 

26 milyon manatlıq heroin saxlanıldı - Biləsüvarda - Foto/Video





A+  A-

Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları, ümumi çəkisi 218 kq 334 qram olan narkotik vasitənin gömrük nəzarətindən gizlədilərək keçirilməsi cəhdinin qarşısını alıblar.

XəzərNews.az Komitəyə istinadən verdiyi məlumata görə, Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından Azərbaycana "maye sabunlar və uşaq bezi" yükü gətirən "Scania" markalı yük avtomobili saxlanılıb və gömrük nəzarətinə cəlb edilib.

Yük nəqliyyat vasitəsi rentgen qurğusundan keçirilən zaman avtomobilin dartıcısının sol və sağ tərəfində eyni ölçülü yanacaq çənlərinin hər ikisinin içərisində şübhəli cizgilər müşahidə olunub.



Bundan sonra "Scania" markalı yük avtomobili ətraflı yoxlanılarkən çənlərin hər ikisinin içərisinin sonradan kustar üsulla metal lövhə ilə üç hissəyə bölündüyü məlum olub. Yoxlama məqsədi ilə yanacaq çənləri köməkçi alətlər vasitəsi ilə sökülüb. Baxış zamanı üç hissəyə bölünmüş sol çənin sağ hissəsindəki xüsusi saxlanc yerindən 48 ədəd, dartıcının sağ tərəfində olan yanacaq çəninin içərisindəki xüsusi saxlanc yerindən isə 157 ədəd olmaqla, ümumilikdə 205 ədəd təqribən eyni ölçülü və düzbucaqlı formalı bağlamalar aşkarlanıb. Həmin bağlamalar açılıb və içərisində preslənmiş halda, açıq-qəhvəyi rəngli, ümumi çəkisi 218 kq 334 qram narkotik vasitə - heroin olduğu müəyyən edilib.

Qeyd edək ki, aşkar edilən heroinin Avropanın qara bazarında dəyəri 26 milyon manat təşkil edir.

Faktla bağlı araşdırma aparılır.



Xəbər 2182 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.08.2024  13:23 

Kommunal xidmətlər BAHALAŞACAQ

24.08.2024  22:13 

102 yaşlı veteran vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +