Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək
Prezident Şuşada 2-ci Qlobal Media Forumda - CANLI
Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video


28.10.2022  17:47 

Prokuroru da mənasız fotolarla şantaj etmək olardı?.. - Müəmma





A+  A-

Tanınmış prokuror Tariyel Qurbanovu şantaj edərək pul almaqda ittiham olunan hamam işçisi və digər şəxslərin məhkəməsi bu gün də davam edib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə kisəçinin qardaşı, şantaj yolu ilə prokurordan pulların alınmasında iştirak edən İlqar Əliyev ifadə verib. O bildirib ki, Tariyel Qurbanovu tanısa da, onu heç vaxt şantaj etməyib.

Deməli, T.Qasımovdan kisəçinin qardaşı 5 min manat, dostu isə üç dəfəyə 29 min manat pul alıb... Məşhur prokuroru əsas şantaj edən şəxsin Ümman Əliyev olduğu bildirilir. İddialara görə, o, hamamda kisəçi-ofisiant işləyib. Tariyel Qurbanov isə həmin hamamın daimi müştərisi kimi Ümmanla orada tanış olub. Ü.Əliyevin ibtidai istintaqa verdiyi ifadə elan olunarkən göstərilib ki, Tariyel Qurbanovla əlaqə saxlayaraq onda fotoları olduğunu deyib və pul tələb edib. İstintaqda verdiyi ifadəsinə görə, Ümman Əliyev Tariyel Qurbanovdan 63 min manatdan çox pul alıb.

Proses noyabrın 11-də davam etdiriləcək.

Maraqlır, dəstə üzvləri Tariyel Qurbanovun hamamda çəkilmiş fotolarını ona göndəriblər və pul verməsini tələb ediblər. Amma hansı fotolarını?



Fərz edək ki, T.Qurbanov hamamda üzaqbaşı çimən yerdə fotoları ola bilərdi, elə deyilmi? Bu fotoların da yayılmasından niyə qorxsun ki? Kişidir, hamama gedib, hansısa kisəçi də onun fotolarını yayıb, cəhənnəmə yaysın, uzaqbaşı polisə verib problemi saki formada həll edərdi. Daha bu qədər məhkəməyə, səs-küyə, istefaya nə hacət...

Prokuroru da heç mənasız fotolarla şantaj etmək olar? T.Qurbanov hazırda Abşeron rayon prokurorunun böyük köməkçisidir. O, sözügedən hadisə baş verərkən Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini olub. Tariyel Qurbanov həm də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır.

Deməli, burda başqa nüanslar və fotolar var. Həm ittiham olunan tərəf, həm də ittiham edən tərəf bu fotoların nədən ibarət olduğunu hələ ki, açıqlamır. Daha doğrusu hər iki tərəf sanki razılaşdırblar deyə ümumi fotolardan danışırlar.

Biz isə etimal edirik ki, kisəçinin əlində başqa fotlar var. Və bu fotoların gün üzü görməməsi üçün T.Qurbanov 63 min pul xərcləyib.

Hansı fotolar?

Mövzunu davam etdirəcəyik...

Yusif
XəzərNews.az






Xəbər 1345 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.08.2024  18:54 

Qulam İbrahimov vəfat edib -Foto

06.08.2024  10:31 

İsmayıl Berdiyev vəfat edib -Foto

03.08.2024  19:07 

Hakan Fidan Misirə səfər edəcək

03.08.2024  18:58 

Laçında mina hadisəsi baş verib

03.08.2024  18:54 

Sumqayıtda bıçaqlanma olub


BÜTÜN XƏBƏRLƏR +