Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək
Prezident Şuşada 2-ci Qlobal Media Forumda - CANLI
Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video


31.07.2017  12:09 

6 günlük körpə niyə öldürülüb - “Bu onun 4-cü qızı idi”





A+  A-

Lənkəran rayon Mərkəzi Xəstəxanası 6 günlük körpənin öldürülməsinə aydınlıq gətirib.
Xəstəxanadan daxil olan məlumata görə, 1989-cu il təvəllüdlü, Darquba kənd sakini Valiyyə Rzayeva İsfəndiyar qızı iyulun 25-də doğum şöbəsinə daxil olub:
“Keysəriyyə yolu ilə onun ikinci uşağı dünyaya gəlib. Bu Valiyyənin 4-cü hamiləliyi idi. Birinci qızı doğulandan sonra iki uşaq abort etdirib. Onlar da qız olub. 4-cü dünyaya gələn qız uşağının çəkisi 4 kilo 300 qram idi. Özü də çox sağlam. Biz əhvalatı bu gün eşitmişik və olanlardan dəhşətə gəlmişik”.
Xəstəxanadan verilən məlumata görə, Valiyyə Rzayeva 2 gün doğum şöbəsində müalicə olunub:
“Burada qaldığı müddətdə daima evlərindən onun yanına gəlib-gedən olub. Ailənin diqqətində olub. Yəni, belə bir diqqətdən sonra ailə necə qız uşağını qəbul etməz?”.
Lənkəranda 6 günlük körpə öldürülərək quyuya atılıb. Hadisə Darquba kəndində qeydə alınıb.
Altı günlük Mələk Şaiq qızı Nurullayeva 5 gün əvvəl səhər saatlarında oğurlanıb. Yuxudan oyanan qadın körpəni görmədiyindən yaxınlarını xəbərdar edib, ailə üzvləri bu barədə polisə məlumat veriblər. Hadisə zamanı evdə qaynana və körpənin atası da olub. Bir neçə gündür oğurlanan körpənin cəsədi quyuda aşkar edilib.
AzNews.az

Xəbər 1095 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.08.2024  18:54 

Qulam İbrahimov vəfat edib -Foto

06.08.2024  10:31 

İsmayıl Berdiyev vəfat edib -Foto

03.08.2024  19:07 

Hakan Fidan Misirə səfər edəcək

03.08.2024  18:58 

Laçında mina hadisəsi baş verib


BÜTÜN XƏBƏRLƏR +