Antoni Blinken İlham Əliyevə zəng edib
Azərbaycanın İrana etdiyi 5 fundamental yaxşılıq
Azərbaycanla Serbiya saziş imzaladı
Prezident Bakıda keçirilən forumunun iştirakçılarına müraciət ünvanlayıb
Hikmət Hacıyev Patrik Prior ilə görüşüb
ABŞ səfirliyi İranı necə tələyə saldı? - TƏHLİL
Prezident Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib -Fotolar
Mehriban Əliyeva İtaliyadan paylaşım edib -Foto
Prezident Klaudio Deskalzi ilə görüşüb -Foto
Ramiz Mehdiyevin qızı illərlə gözlədi - İndi pulun yarısını istəyir


07.08.2018  13:48 

ABŞ Türkiyə iqtisadiyyatını çökdürmək istəyir





A+  A-

Son zamanlar Türkiyə ilə ABŞ arasında siyasi gərginlik davam edir. ABŞ prezidenti Donald Trampın administrasiyası Türkiyənin daxili işlər və ədliyyə nazirlərinə qarşı sanksiya tətbiq edib. ABŞ bu sanksiyaları vətəndaşı rahib Endrü Bransonın təhvil verilməməsinə görə etdiyini bildirir. Sanksiyalara görə Türkiyənin daxili İşlər və ədliyyə nazirləri ilə müqavilə bağlanması qadağan edilir. Bunun ardından Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın iki nazirə tətbiq etdiyi addıma cavab verəcəklərini söyləyib. Bəs görəsən münasibətlərin bu həddə gəlməsi nə ilə nəticələnəcək? Türkiyə belə olan halda NATO üzvlüyündən çıxa bilərmi?
XəzərNews.az-ın məlumatına görə, məsələ ilə bağlı Modern.az-a danışan “Atlas” araşdırmalar mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, artıq Türkiyə ilə ABŞ faktiki düşmənə çevirilib.

“Vəziyyət o həddə gəlib çatıb ki, Amerika Türkiyəyə qarşı sanksiyalar tətbiq edir, iki ölkə arasında çox gərgin məsələlər var, Fətullah Gülənin təhvil verilməsi, Amerikda da həbs olunan türk iş adamları, Türkiyədə həbs olunan amerikalı rahib və yaxud ABŞ-ın PKK törəmələrinə verdiyi dəstəklər. Bütün bunlar münasibətlərdə gərginliyə səbəb olur, getdikcə də münasibətlər soyuyur. Mən münasibətlərin tez bir zamanda yaxşılaşacağını zənn etmirəm. Hesab edirəm ki, Türkiyə NATO-dan çıxmasa da ABŞ-la əvvəlki kimi münasibətlərini davam etdirməyəcək”.

Politoloq deyib ki, ən böyük yanlışlığı ABŞ edir, müttəfiqini özündən uzaq salır.

“ABŞ bu siyasətlə Türkiyəni Rusiya və Çinlə daha da yaxınlaşmağa vadar edir. Türkiyə də alternativ yollar axtarır və artıq Rusiya ilə müttəfiq tərəfdaşlıq münasibətləri qurur. Əslində bu Amerikanın maraqlarına cavab vermir. Bu da ABŞ siyasətinn ən böyük xətalarından biridir.

Türk lirəsinin dəyərdən düşməsindən danışan E.Şahinoğlunun sözlərinə görə, Türkiyə iqtisadiyyatında zəif nöqtələr çoxdur.

“ABŞ-la münasibətlərin gərginləşməsi Türkiyədə infliyasiyanı artırır, digər tərəfdən də lirəni dəyərdən salır. Amerika da sanki Türkiyəni iqtisadi cəhətdən çökdürməyə çalışır. Amma Türkiyə böyük dövlətdir, düşünürəm ki, iqtisadi çətiniliyin tamamını həll etməsə də müəyyən qədər vəziyyətdən çıxmağa çalışacaq.

E. Şahinoğlu bildirib ki, Türkiyənin güclənməsi ABŞ-ın xoşuna gəlmir.

“Demək olar ki, Türkiyə bölgədə aparıcı dövlətdir, Rusiya və İranla yaxşı münasibətləri var. Türkiyə artıq ABŞ-ın hər dediyini etmir. Bu da Amerikada müəyyən dairələrin xoşuna gəlmir, ona görə də Türkiyəni sıxışdırmağa davam edirlər”.

Xəbər 1239 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

17.09.2024  16:24 

İlqar Mustafayev həbs edilib

16.09.2024  19:23 

Tuncelidə zəlzələ olub

16.09.2024  19:18 

Marmaris: Egeyin incisi

15.09.2024  16:09 

Sabahın havası açıqlanıb

13.09.2024  15:43 

Göyçayda intihar hadisəsi olub

13.09.2024  15:36 

Azər Axşam ATV-dən getdi

13.09.2024  11:51 

Türkiyədə zəlzələ olub


BÜTÜN XƏBƏRLƏR +