Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar


10.12.2018  14:32 

104 ölkəyə ixrac, 171 ölkədən idxal - SİYAHI





A+  A-

2018-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 178 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 104 ölkəyə məhsul ixrac, 171 ölkədən idxal olunub.
Bu barədə Dövlət Statistika Komitəsindən XəzərNews.az-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, gömrük orqanlarında qeydiyyatı aparılıb, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2018-ci ilin yanvar-oktyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 26534,3 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 17281,7 milyon dollar, idxalın dəyəri 9252,6 milyon dollar təşkil edib, nəticədə 8029,1 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

2017-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 36,4 faiz, o cümlədən ixrac 38,3 faiz, idxal 33,0 faiz artmışdır. Real ifadədə isə dövriyyə 1,3 faiz, o cümlədən ixrac 1,0 faiz, idxal 1,9 faiz artıb.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 27,7 faizini İtaliyaya, 9,3 faizini Türkiyəyə, 6,3 faizini İsrailə, 4,7 faizini Hindistana, hər biri 4,5 faiz olmaqla Çexiya və Tayvana (Çinin əyaləti), 4,3 faizini Almaniyaya, 3,5 faizini Kanadaya, 3,4 faizini İndoneziyaya, 3,2 faizini Rusiyaya, 3,0 faizini Portuqaliyaya, 2,8 faizini Fransaya, 2,7 faizini Gürcüstana, qalan 20,1 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 16,0 faizi Rusiya, 14,2 faizi Türkiyə, 10,3 faizi Çin, 5,7 faizi Almaniya, 4,9 faizi ABŞ, 4,4 faizi İsveçrə, 3,9 faizi Ukrayna, 3,7 faizi Yaponiya, 3,3 faizi İran, 3,0 faizi İtaliya, 2,1 faizi Birləşmiş Krallıq, 1,8 faizi Cənubi Afrika Respublikası, 26,7 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düüb.

2018-ci ilin yanvar-oktyabr aylarında 1351,1 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2017-ci ilin yanvar-oktyabr aylarına nisbətən faktiki qiymətlərlə 10,9 faiz, real ifadədə isə 1,7 faiz çoxdur.

2018-ci ilin yanvar-oktyabr aylarında 2017-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 22,6 faiz, kartof – 15,5 faiz, bitki yağları – 2,9 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 2,0 dəfə, meyvə və tərəvəz konservləri – 10,2 faiz, polietilen – 21,9 faiz, emal olunmamış alüminium – 16,8 faiz, pambıq lifi – 2,2 dəfə, qara metallardan borular – 5,1 faiz, pambıq ipliyi – 28,0 faiz artmış, təzə tərəvəz ixracı isə 3,8 faiz, şəkər – 32,2 faiz, tütün – 14,8 faiz, meyvə və tərəvəz şirələri – 13,0 faiz, çay – 23,7 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 8,7 faiz, qara metallardan yarımfabrikatlar – 61,1 faiz, bentonit gili – 10,4 faiz azalıb.

2017-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2018-ci ilin yanvar-oktyabr aylarında təzə meyvə idxalı 49,5 faiz, çay – 0,4 faiz, quş əti və onun əlavə məhsulları – 22,7 faiz, qara metallardan borular – 1,9 dəfə, minik avtomobilləri – 2,4 dəfə, qara metallardan çubuqlar – 30,4 faiz, mineral gübrələr – 59,7 faiz, mebellər – 28,1 faiz, hesablama maşınları, blok və qurğuları – 14,0 faiz, polietilen – 31,5 faiz, məişət kondisionerləri – 36,9 faiz, yük avtomobilləri – 2,2 dəfə, paltaryuyan maşınlar – 11,0 faiz, sement və sement klinkerləri – 51,2 faiz, avtobuslar – 20,9 faiz, məişət soyuducuları – 1,9 dəfə artmış, buğda idxalı isə 0,4 faiz, siqaret – 3,3 faiz, bitki yağları – 0,7 faiz, xam şəkər və şəkər – 40,2 faiz, kərə yağı, digər süd yağları və pastaları – 19,6 faiz, kartof – 17,0 faiz, mal əti – 10,2 faiz, təzə tərəvəz – 45,1 faiz, polad prokatı – 10,3 faiz, rezin şinlər – 6,0 faiz, qara metallardan künclüklər – 2,9 faiz azalıb.

Xəbər 1583 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.11.2024  23:19 

Qəzzada ölənlərin sayı artdı

02.11.2024  19:36 

Türkiyədə zəlzələ baş verib

31.10.2024  20:12 

Şəmkirdə bədbəxt hadisə

31.10.2024  01:48 

Müğənni Kərim ziyana düşüb

30.10.2024  16:24 

Daha bir tiktoker həbs edildi -Foto


BÜTÜN XƏBƏRLƏR +