İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək
Prezident Şuşada 2-ci Qlobal Media Forumda - CANLI
Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video
Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ


01.02.2020  11:09 

“Azərbaycanda 9 iqlim qurşağı yoxdur“ - İllərdir səhv bilirdik





A+  A-

Bəzi mənbələrdə Azərbaycanda 9 iqlim qurşağının olduğu yazılır. Amma əslində, Azərbaycan ərazisi 3 iqlim qurşağında yerləşir.
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

Onun sözlərinə görə, Azərbaycan ərazisinin 65 faizi subtropik, 32 faizi mülayim, 3 faizi isə soyuq iqlim qurşağına aiddir.

M.Həsənov qeyd edib ki, Azərbaycandakı 3 iqlim qurşağının daxilində 8 iqlim tipi var. Bunlar yarımsəhra və quru çöl iqlimi, qışı quraq keçən mülayim-isti iqlim, yayı quraq keçən mülayim-isti iqlim, qışı quraq keçən soyuq iqlim, yayı quraq keçən soyuq iqlim, yağıntısı bərabər paylanan mülayim-isti iqlim, bütün fəsillərdə bol yağıntılı soyuq iqlim və dağlıq tundra iqlimidir.

Alim qeyd edib ki, bəzən mövcud iqlim qurşağının sayı ilə yanaşı, iqlim tiplərinin sayı barədə də səhv fikirlər yazılır: "Əslində ölkəmizdəki yarımsəhra və quru çöl iqlim tipi iki yerə (qışı soyuq, yayı isti, quraq keçən yarımsəhra və quru çöl və qışı mülayim, yayı isti, quraq keçən yarımsıhra və quru çöl) bölünür. Onların hər biri ayrıca iqlim tipi kimi qəbul edilir və beləliklə də yanlış olaraq, ölkəmizdə 9 iqlim tipinin olduğunu söyləyirlər".

Birinci yarımtip Naxçıvan MR-nın Arazboyu maili düzənliklərində, ikinci yarımtip isə Kür-Araz ovalığı, Qobustan, Ceyrançöl, Samur-Dəvəçi ovalığı və s. yerlərdə müşahidə edilir. M.Həsənov qeyd edib ki, iqlim tiplərinin sayı ilə bağlı yaranmış səhv fikir artıq bəzi mənbələrdən qaldırılır.

Alim kurrikulum əsasında hazırlanan yeni dərsliklərdə də iqlim tiplərinin sayının artıq 9 deyil, 8 göstərildiyini açıqlayıb.

Xəbər 1458 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.08.2024  19:07 

Hakan Fidan Misirə səfər edəcək

03.08.2024  18:58 

Laçında mina hadisəsi baş verib

03.08.2024  18:54 

Sumqayıtda bıçaqlanma olub

03.08.2024  15:39 

İranda nə baş verir?

02.08.2024  14:40 

Rza Rzayev azadlığa buraxılıb

01.08.2024  12:01 

Hikmet Elp mükafatlandırıldı


BÜTÜN XƏBƏRLƏR +