Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub


12.01.2018  10:42 

Bakıdakı brend mağazaların bağlanma SƏBƏBLƏRİ





A+  A-

Ekspert: “Bu mağazalar ya öz profillərini dəyişəcəklər, ya da icarə haqları aşağı salınacaq”
Son zamanlar Bakının mərkəzi küçələrində brend geyim mağazalarının yenidən bağlanma halları müşahidə edilir. Xüsusilə də Neftçilər prospektində, Zərifə Əliyevə küçəsində varlıların alış-veriş etdikləri mağazalar öz fəaliyyətlərini dayandırırlar.

Öncə qeyd edək ki, bu mağazalardan sıravi vətəndaşlar alış-veriş etmirlər. Çünki mağazalarda satılan libasların qiyməti çox yüksəkdir. Manatın dəyər itirməsindən sonra ölkə əhalisinin “qənaət rejimi”nə keçməyə başlaması ilə Bakının Nizami küçəsində də ard-arda bir neçə geyim mağazası qapadılmışdı. Həmin ərəfədə mağaza sahibləri bildirirdilər ki, icarə haqları çox yüksək olduğu üçün işləmək sərf etmir. Ona görə də fəaliyyətlərini dayandırırlar.

Bəs indiki zamanda varlıların mağazalarının bağlanma səbəbi nədir?

XəzərNews.az-ın məlumatına görə, “Yeni Müsavat”a danışan iqtisadçı Natiq Cəfərli məsələ ilə bağlı müxtəlif səbəblərin olduğunu bildirdi. N. Cəfərli ilk olaraq qeyd etdi ki, son illərdə Bakının mərkəzi küçələrində obyektlərin icarə haqları fantastik dərəcədə artıb: “Bəzi hallarda hətta dükanların Nyu-Yorkdan da baha qiymətə icarəyə verilməsi hallarını görürük. Devalvasiyalardan sonra proses bir qədər səngidi və dükanların bəziləri bağlandı, bir qismində də icarə haqları aşağı salındı. Ancaq görünən odur ki, bu, yetərli deyil. Mərkəzi küçələrdə çox bahalı brend mağazaların bəzilərinin yığışması bunun imic layihəsi olduğunu sübut edir. Çalışırdılar ki, xaricilərin, qonaqların çox istifadə etdikləri küçələrdə brend mağazaların sayı çox olsun. Bu, həm də şəhər üçün bir imic yaradırdı ki, hər şey qaydasındadır, iqtisadiyyat inkişaf edir. Görünən odur ki, bu brend mağazaların saxlanması getdikcə daha da çətinləşir. Həm xərc artıb, həm də icarə pulu, vergi, işçilərin maaşları, kommunal xərclər və digər bu kimi məsələlərə böyük məbləğ lazım olur. O mağazaların əsas müştəriləri də çox imkanlı insanlar idi. İmkanlı ailələr onsuz da ildə bir neçə dəfə xarici ölkələrə üz tuturlar. Çox zaman da onlar öz alış-verişlərini Avropadan və digər getdikləri yerlərdən edirlər. Nəticədə bu mağazaların müştəri sayı azalır və alış-verişdən əldə etdikləri dövriyyə də azalır. Azalmanın qarşısında bəzi mağazaların bağlanması isə təbii haldır”.

Ekspert bildirib ki, burada çıxış yolu kimi ya icarə haqları yenidən aşağı düşməli, ya da profil dəyişməlidir: “Profilin dəyişməsi dedikdə daha kütləvi, qiyməti aşağı olan mallara üstünlüyün verilməsindən söhbət gedir. Bahalı brendlərdən orta və aşağı səviyyəli brendlərə keçid edə bilərlər. Çox güman ki, biz yaxın zamanda bu iki hadisəni izləyə biləcəyik. Bundan sonra da mağazaların bağlanması prosesi davam edəcək. Ümid vardı ki, xarici turistlər və turizmin inkişafı burada müəyyən qədər rol oynayacaq, mağazalar ayaqda qalacaq. Ancaq görünən odur ki, xaricdən gələn insanlar bu mağazalardan alış-veriş etmirlər. Ərəb turistləri isə daha ucuz brendlərə üstünlük verirlər. Bahalı brendlərdən alış-veriş edənlərə çox nadir hallarda rast gəlinilir. Ona görə də belə bir vəziyyətdə çox güman ki, bir müddət sonra yenə icarə haqlarının azaldılmasını müşahidə edəcəyik. Ərəblərin öz ölkələrində də bu kimi bahalı brendlər var. Özü də orada eyni geyimlər buradakından çox ucuzdur. Çünki həmin ölkələrdə vergilər daha aşağıdır. Belə olan halda hansısa varlı ərəbin gəlib bu brendləri alması real görünmür. Bu baxımdan da deyə bilərik ki, mağazalar açılan zaman nəzərdə tutulan bəzi hesablar və planlar da baş tutmadı”.

Xəbər 2097 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı

08.11.2024  15:49 

Rusiya Kanadaya nota verib

03.11.2024  23:19 

Qəzzada ölənlərin sayı artdı

02.11.2024  19:36 

Türkiyədə zəlzələ baş verib


BÜTÜN XƏBƏRLƏR +