Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır
Prezident sərəncam imzaladı
Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb


18.12.2018  15:19 

Himn məsələsi yenidən parlamentdə





A+  A-

“İllərdir oxuduğumuz himnin sözlərinin kimə adi olub-olmaması barədə polemika var. Cəmiyyətimiz isə Əhməd Cavadın ruhunun narahat edilməsindən narahatdır”.
XəzərNews.az xəbər verir ki, bunu deputat Qənirə Paşayeva parlamentdə çıxışında deyib. Onun sözlərinə görə, himnimizin müəllifləri olan hər iki şəxs Azərbaycanın və ilk Cümhuriyyətimizin tanınmış şəxsidir:

“Əhməd Cavadın məzarı belə yoxdur. Onla bağlı məsələ cəmiyyəti qıcıqlandırır. Bu məsələyə nöqtəni qoymalıyıq. Bu himnin müəllifi Əhməd Cavddır, musiqisi Üzeyir Hacıbəylinindir. Mövzunun da polemikaya ehtiyacı yoxdur. Bu himn cümhuriyyət tarixi ilə yaşıddır. Hüququndan keçən əsgər kimi gözəl sözmü var? Himndə elə bir cümlə yoxdur ki, o xalqda pessimistlik doğursun. Sözlərdə Azərbaycana məhəbbət var, onun uğrunda savaşmaq var. Himnimizi bu günə kimi necə sevmişiksə bundan sonra da sevib qorumalıyıq”.

Deputat Tahir Kərimli isə deyib ki, bir müddət əvvəl himnlə bağlı səsləndirdiyi təklif onun əleyhinə yönəldi, amma cəmiyyətə xeyirli oldu: “Himnin mahiyyəti ilə bağlı daha çox məlumatlar əldə edildi. Hazırda məlumat almışam ki, himn beynəlxalq səviyyədə yenidən aranjiman olunacaq”.

O, qeyd edib ki, Dağlıq Qarabağı işğaldan azad etməyi istəyən bir millətin himni daha əzəmətli və keyfiyyətli olmalıdır.

Xəbər 1430 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.08.2024  12:52 

Sabahın havası -37 dərəcə isti

17.08.2024  15:37 

Tanınmış aktyor vəfat edib -Foto


BÜTÜN XƏBƏRLƏR +