Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır
Prezident sərəncam imzaladı
Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb


15.07.2024  17:00 

İTV oyundakı problemə görə tamaşaçılardan üzr istədi





A+  A-

İyulun 14-də Avropa Çempionatının final oyununun yayımı zamanı şərhçimizin səsi və oyunun videogörüntüsü arasında bəzi epizodlarda uyğunsuzluq yaranıb. Buna səbəb Avro2024-də ilk dəfə olaraq şərhçinin səsinin internet, görüntünün isə peyk üzərindən ötürülməsi sisteminin tətbiqi olub.

Xəzərnews.az xəbər verir ki, bu barədə İctimai Televiziya və Radio Yayımları Şirkəti məlumat yayıb.

Bildirilib ki, "İctimai tv" Azərbaycanda Avro-2024-ün rəsmi yayımçısı olub:

"İyun ayının 14-dən etibarən bütün dünyanın diqqətlə izlədiyi bu idman turnirini biz də yüksək keyfiyyət və təqdimatda tamaşaçılarımıza nümayiş etdirdik. Belə ki, çempionatın 51 oyununu milyonlarla tamaşaçı həm efirimizdən, həm də youtube kanalımızdan canlı olaraq izləyə bilib. Azərbaycan televiziya məkanında ilk dəfə olaraq Avropa Çempionatının final oyununu şərhçimiz Tural Dadaşov məhz oyun keçirilən stadiondan şərh edib. Təəssüflə qeyd edirik ki, iyulun 14-də Avropa Çempionatının final oyununun yayımı zamanı şərhçimizin səsi və oyunun videogörüntüsü arasında bəzi epizodlarda uyğunsuzluq yaranıb. Buna səbəb Avro2024 -də ilk dəfə olaraq şərhçinin səsinin internet, görüntünün isə peyk üzərindən ötürülməsi sisteminin tətbiqi olub".

Qeyd olunub ki, sözügedən sistemin tətbiqi nəticəsində çempionat zamanı bir sıra ölkələrin yayımçı telekanalları da eyni vəziyyətlə üzləşiblər.

"Qeyd edək ki, efirdən əvvəl edilən test zamanı bu kimi problem qeydə alınmayıb. Vəziyyətin yaranma səbəbkarı birbaşa İTV olmasa da, problemin aradan qaldırılması üçün tərəfimizdən müvafiq addımlar atıldı. Təəssüf edirik ki, qısa müddət ərzində texniki nasazlığı aradan qaldırmaq mümkün olmayıb. Belə bir mötəbər turnirin yayımında hər bir qüsurun izləyicilərin haqlı narazılıqlarına səbəb olduğunu anlayır və bir daha yaranmış vəziyyətdən narahatlıq yaşamış tamaşaçılarımızdan üzr istəyirik".

Xatırladaq ki, Avropa Çempionatının final oyunu zamanı şərhçinin səsi və oyunun videogörüntüsü arasında bəzi epizodlarda uyğunsuzluq tamaşaçılarda narazılığa səbəb olub.

Xəbər 905 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

17.08.2024  15:37 

Tanınmış aktyor vəfat edib -Foto

15.08.2024  15:57 

“İTV” kanalı cərimələnib


BÜTÜN XƏBƏRLƏR +