Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib


06.03.2019  17:34 

“Efirdə qeyrətsiz oğul məsələsindən geniş istifadə olunur”





A+  A-

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli Tahir İmanov və "Planet Parni iz Baku" KVN Teatrına özəl televiziyalarda qadağa qoyulması ilə bağlı məsələyə münasibət bildirib.
XəzərNews.az "Report"a istinadən xəbər verir ki, o, belə bir qadağanın olmadığını deyib.

O qeyd edib ki, özəl televiziya kanalları öz fəaliyyətlərində tam müstəqildirlər: "Onlar proqram və yaradıcılıq siyasətində də azaddırlar. Onlar mövcud "Televiziya və radio yayımı haqqında" qanuna uyğun olaraq fəaliyyətlərini qururlar. Kimləri öz efirlərində görmək istəyirlərsə də bu onların şəxsi qərarlarıdır. Ona görə də bu kimi sualları onlara ünvanlamağınız məsləhətdir".

***

Sədr qeyd edib ki, Azərbaycan teleməkanında yayımlanan serialların mövcud vəziyyəti onu çox narahat edir:

seriallardakı ssenari mövzusu, oradakı qeyri-peşəkar aktyorların iştirakı, texniki çatışmazlıqlar, Azərbaycanın ailə dəyərlərinə uyğun olmayan mövzular, həmçinin bayağı, vulqar, qeyri - etik ifadələrin işlədilməsi, bəzən hətta bir qrup gənc insanın öz aralarında danışıqlarının, lətifələrin belə ədəbsiz formada efirə gətirilməsi narahatedici məqamlardır.

MTRŞ sədri qeyd edib ki, ölkədə nümayiş olunan seriallar həddən artıq çoxdur: "Narazılıq, adətən, komediya və kriminal janrda çəkilən seriallarla bağlıdır. Bu seriallarda Azərbaycan ailəsinə xas olmayan hərəkətlər göstərilir. Qayınata - kürəkən, qayınana - kürəkən, ata - oğul, ata - qız, bacı - qardaş münasibətləri, hörmətsiz ağsaqqal, qeyrətsiz oğul məsələsindən efirdə geniş istifadə olunur. Bu da bizi narahat edən məqamlardandır".

"Mövcud narahatlığın aradan qaldırılması üçün bu gün Şurada Azərbaycan teleməkanında yayımlanan seriallarla bağlı televiziya yayımçıları və prodakşn rəhbərləri ilə görüş keçirdik. Məqsəd Azərbaycanda seriallarla bağlı mövcud vəziyyəti müzakirə edib problemləri aradan qaldırmaq yollarını tapmaqdır. Görüşdə seriallar barədə aparılan monitorinqlərin nəticələri və onların təhlilinin müzakirəsi də oldu", - N.Məhərrəmli əlavə edib.

Xəbər 1161 dəfə oxunub.




01.10.2024  18:22 

Sabah bu ərazilərdə su olmayacaq

01.10.2024  09:10 

“XəzərNews.az” 10 yaşında


BÜTÜN XƏBƏRLƏR +