Prezident Bakıda keçirilən forumunun iştirakçılarına müraciət ünvanlayıb
Hikmət Hacıyev Patrik Prior ilə görüşüb
ABŞ səfirliyi İranı necə tələyə saldı? - TƏHLİL
Prezident Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib -Fotolar
Mehriban Əliyeva İtaliyadan paylaşım edib -Foto
Prezident Klaudio Deskalzi ilə görüşüb -Foto
Ramiz Mehdiyevin qızı illərlə gözlədi - İndi pulun yarısını istəyir
“Sionist İsrail və Şeytan Amerika“ İranı necə xilas etdi?
Özlərini Neftçalada batıranlar... -Vəfa nağılı bitdi
Seçkiləri Azərbaycan diasporu da yaxından izləyəcək - Elşad İbrahimov


15.12.2023  11:10 

Prezident müəllimlərə məktub göndərdi...





A+  A-

Bakı Konqres Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan müəllimlərinin XVI qurultayı öz işinə başlayıb.

Xəzərnews.az xəbər verir ki, iki gün davam edəcək qurultayda dövlət və hökumət rəsmiləri, millət vəkilləri, media qurumlarının rəhbərləri, beynəlxalq, özəl, eləcə də qeyri-hökumət təşkilatlarının nümayəndələri, təhsil işçiləri, ekspertlər və digər qonaqlar iştirak edirlər.

Qurultaya ümumi, orta ixtisas, peşə, ali təhsil və elmi müəssisələrdən 1600-dən çox nümayəndə qatılıb.

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI Qurultay iştirakçılarına təbrik məktubu ünvanlayıb. Təbrik məktubunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva səsləndirib.

Qeyd edək ki, qurultayın ilk günündə “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan təhsili”, “İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış”, “Azərbaycan dili yeni çağırışlar müstəvisində”, “Rəqəmsallaşma, süni intellekt və təhsilin transformasiyası”, "Ümumi təhsilin məzmununa müasir yanaşmalar", “Ümumi təhsilin idarə olunmasına müasir yanaşmalar”, “Peşə təhsili və gələcək üçün bacarıqlar”, “Müəllim hazırlığı və müəllimlərin peşəkar inkişafının prioritet məsələləri”, “Elm və ali təhsilin inteqrasiyası”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsilə cəlbi: inklüziv, inteqrasiyalı və xüsusi təhsil”, “Məktəbəqədər təhsilin məzmunu və əhatə dairəsinin genişləndirilməsi” mövzuları üzrə panel sessiyaları keçiriləcək.

Xəbər 1089 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.09.2024  14:57 

Hidayət Elvüsal vəfat edib -Foto

08.09.2024  11:33 

Gəncədə zəlzələ olub


BÜTÜN XƏBƏRLƏR +