İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək
Prezident Şuşada 2-ci Qlobal Media Forumda - CANLI
Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video
Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ


30.11.2021  12:19 

“Bir quzu kəsdirim verim sənə, apar balalarına, Ata Abdullayev razılaşmadı”





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində bloqer Ata Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

XəzərNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bugünkü iclasda zərərçəkən, Masazır icra nümayəndəsi Şahlar Həsənov ifadə verib. O bildirib ki, Ata Abdullayev tez-tez ərazidəki məişət tullantılarının daşınmaması ilə bağlı çəkiliş edirmiş: “Həmin əraziyə getdim. Həqiqətən də orada artıq tullantılar var idi. Canlı yayımda onunla mübahisəmiz yarandı. Bildirdim ki, burada məişət tullantıları yoxdur, evdə aparılan təmir işlərindən çıxan söküntülərdir. Çəkiliş gedə-gedə yığışdırıldı. Masazırda 100 minə yaxın insan yaşayır, texnika çatdırmır. İstismar müddəti başa çatmış texnikadır. Cəmi 4 maşın var.

Ata Abdullayev yenə də sakitləşmədi, çəkilişləri mütəmadi olaraq davam etdirdi. Onunla görüşüb vəziyyəti izah etdim. Xahiş etdim ki, bu işləri dayandırsın. Tez-tez çəkilişlərdə rayon rəhbərliyinin adını hallandırırdı. Mənə müəyyən məbləğ dedi, mən də ona dedim ki, maaşa baxan adamam. Mənim gücüm ancaq ona çatar ki, bir quzu kəsdirim verim sənə, apar balalarına. Ata Abdullayev razılaşmadı, mən də məcbur olub DTX-yə müraciət etdim”.

Şahlar Həsənov Ata Abdullayevin əvvəlcə ondan 10 min, daha sonra 6 min manat istədiyini deyib: “Niyə verməli idim axı?! Ata Abdullayevlə bir neçə dəfə telefonla danışmışam. Telefonla məndən pul istəməyib. Bir dəfə restoranın yanında üzbəüz görüşəndə pul istəyib”.

Vəkilin zərərçəkmişə “nəyə görə məhz DTX-yə müraciət etdiniz?” sualına Ş.Həsənov "bu, mənim konstutsion hüququmdur", - deyə cavab verib. İcra nümayəndəsi bildirib ki, Ata Abdullayevin anası bir neçə gün əvvəl yaşadığı evə gəlib: "Ata Abdullayevin anasına ürəyim ağrıdı. Yaylığını ayağıma atdı. Ona dedim ki, mənim də anam var. Niyə görə vaxtında ona demədin ki, belə olmaz?.."

Prosesdə Ata Abdullayevə söz verilib: "İki yetim uşağa baxıram. Allaha and olsun ki, bu deyilənlər cəfəngiyyatdır. Mən çəkilişlərdə Şahlar Həsənovun adını çəkməmişəm. Anam da Şahlar Həsənovun yanına onun xəstə olması ilə bağlı gedib. Çünki o, məhkəməyə xəstə olduğu barədə məlumat göndərmişdi. Ondan pul aldığımı sübut edən fakt ortaya qoysun. 1992-93-cü illərdə yaşamırıq, əllərdə müxtəlif vasitələr var. Niyə pul istəyəndə çəkməmisiz?"

Zərərçəkmiş şəxs növbəti məhkəməyə gələ bilməyəcəyinə dair sənəd təqdim edib: “Bura gələndə düşünürdüm ki, bəlkə səhvini etiraf edər, amma burada başqa şeyin şahidi oldum".

Proses dekabrın 7-də davam etdiriləcək.

Qeyd edək ki, A. Abdullayev bu ilin martında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə təqsirli bilinir.

Amin Nəzərli

Xəbər 1225 dəfə oxunub.




03.08.2024  19:07 

Hakan Fidan Misirə səfər edəcək

03.08.2024  18:58 

Laçında mina hadisəsi baş verib

03.08.2024  18:54 

Sumqayıtda bıçaqlanma olub

03.08.2024  15:39 

İranda nə baş verir?

02.08.2024  14:40 

Rza Rzayev azadlığa buraxılıb

01.08.2024  12:01 

Hikmet Elp mükafatlandırıldı

30.07.2024  13:38 

TƏBİB-dən yeni təyinat -Foto


BÜTÜN XƏBƏRLƏR +