İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək
Prezident Şuşada 2-ci Qlobal Media Forumda - CANLI
Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video
Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ


17.04.2020  18:34 

Mikayıl Cabbarov vergi güzəştlərini açıqladı





A+  A-

“Vergi Məcəlləsinə dəyişikliklər paketi hazırlanıb və bütün dövlət qurumları ilə razılaşdırılıb”.
XəzərNews.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Prezidentlə keçirilən videokonfransda məruzəsində deyib.

O qeyd edib ki, pandemiyanın bilavasitə təsir etdiyi fəaliyyət sahələri üzrə vergi ödəyicilərinə 1 yanvar 2021- ci ilədək olan dövr üzrə bir sıra vergi güzəştləri və vergi tətilləri təklif olunub:

“Burada əmlak və torpaq vergiləri üzrə tam məbləğdə vergi güzəştlərinin verilməsi, əldə olunan gəlirin 75 faizi miqdarında vergi güzəşti kimi. Fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan vergi dərəcələrinin 14 faizdən 7 faizə endirilməsi, ictimai iaşə və ölkədaxili sərnişindaşıma fəaliyyəti üzrə sadələşdirilmiş vergi məbləğinə 50 faiz güzəştin verilməsi və. s tədbirlər nəzərdə tutulur”.

Nazir qeyd edib ki, mikrosahibkarlıq subyektlərinə 1 yanvar 2020-ci ildən 1 yanvar 2021-ci ilədək 50 faiz vergi güzəştinin edilməsi nəzərdə tutulur. Yəni 2 faiz dövriyyədən, 1 faiz dövriyyəyə endirilməsi, həmçinin vergilərin və cari vergi ödəmələrinin hesablanması və ödənilməsi üzrə vergi tətillərinin verilməsi də nəzərdə tutulur.

"3-cü istiqamətin bütün sahibkarlıq subyektlərinə şamil edilməsi proqnozlaşdırılır. 1 yanvar 2021- ci ilədək olan dövr üzrə aşağıdakı vergi güzəştlərini təqdim edirik: Epidemiyanın qarşısının alınması, əhalinin həyat və sağlamlığının qorunması məqsədiylə vergi ödəyiciləri tərəfindən həyata keçirilən zəruri profilaktik , o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş xərclərin məhdudiyyəti nəzərə alınmadan gəlirlərdən çıxarılması, həmçinin bir sıra əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan və siyahısı Cənab Prezident tərəfindən təsdiq olunan bəzi məhsul növlərinin idxalının müddətli olaraq Əlavə Dəyər Vergisindən azad edilməsi. Bunlar kifayət qədər geniş paketdir. Bu paketin yeni rejimdə fəaliyyət göstərməsi sahibkarlar tərəfindən nəzərə alınıb".

Xəbər 1082 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.08.2024  19:07 

Hakan Fidan Misirə səfər edəcək

03.08.2024  18:58 

Laçında mina hadisəsi baş verib

03.08.2024  18:54 

Sumqayıtda bıçaqlanma olub

03.08.2024  15:39 

İranda nə baş verir?

02.08.2024  14:40 

Rza Rzayev azadlığa buraxılıb

01.08.2024  12:01 

Hikmet Elp mükafatlandırıldı

30.07.2024  13:38 

TƏBİB-dən yeni təyinat -Foto


BÜTÜN XƏBƏRLƏR +