10.02.2017 10:41
Dünya Azərbaycanlılarının Beynəlxalq Koordinasiya Mərkəzi (DABKM) Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkının müdafiəsi ilə bağlı Azərbaycan dövlətinə və dünyada yaşayan soydaşlarımıza müraciət edib.
Müraciətdə qeyd olunur ki, Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın erməni terrorunu pislədiyinə görə erməni diasporu tərəfindən məhkəməyə cəlb olunub. 2014-cü ildə Almelo şəhərində qondarma erməni soyqırımı abidəsinin tikintisinin qarşısını almaq məqsədilə türk təşkilatlarının keçirdiyi birgə etiraz aksiyasında çıxış edən Aşkın Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, azərbaycanlılara qarşı soyqırımı aktı həyata keçirməsi barədə məlumat verib və erməni vəhşiliyini pisləyib. Erməni diasporu isə İlhan Aşkının guya həmin aksiyada irqçi ifadələr işlətdiyinə görə polisə şikayət edib. Şikayətlə bağlı Şərqi-Niderland polisi araşdırma aparıb və guya İlhan Aşkın ermənilərə qarşı şiddəti təşviq etdiyinə - “Qarabağ ermənilərin məzarı olacaq” ifadəsinə görə Hollandiya Cinayət Məcəlləsinin 137d maddəsinə əsasən şübhəli bilinir.
Koordinasiya Mərkəzi bəyan edir ki, bu məsələ təkcə İlhan Aşkın məsələsi deyil, milli məsələ, Qarabağ uğrunda mücadilədir: “Əslində bizim üçün böyük bir fürsət yaranıb. Azərbaycanın hökumət və qeyri-hökumət təşkilatlarından, xüsusən də Avropada yaşayan soydaşlarımızdan İlhan Aşkının martın 3-də keçiriləcək məhkəmə prosesinə qədər ona hər cür yardım göstərmələrini xahiş edirik. Məhkəmə prosesinin keçirildiyi yerə yaxın şəhərlərdə yaşayan azərbaycanlılar birlik nümayiş etdirməlidirlər”.
Müraciətdə qeyd olunur ki, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində son vaxtlar ölkəmizin əldə etdiyi uğurlar dünyada, xüsusən də Avropada yaşayan erməniləri həddindən artıq qıcıqlandırıb. Onlar ciddi cəhdlə hücuma keçib Azərbaycanın, Qarabağın adı ilə bağlı olan məsələlərdə üstünlüyü əla almağa çalışacaqlar: “Hazırda məhkəməsi gedən İlhan Aşkın məsələsi də bu qəbildəndir. Bu, çox vacib məsələdir. Əgər İlhan Aşkın bu məhkəməni uduzarsa bir daha Hollandiyada və dünyanın başqa ölkələrində erməni qəsbkarlığından bəhs etmək mümkün olmayacaq”.
Xatırladaq ki, mərkəzi ofisi Kiyev şəhərində yerləşən Dünya Azərbaycanlılarının Beynəlxalq Koordinasiya Mərkəzi (DABKM) 2016-cı ildə yaradılıb, Ukrayna Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Mərkəzin sədri Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadovdur. DABKM İsveç Diaspor Təşkilatı ilə dünyada azərbaycanlılarının koordinasiya təşəbbüslərinin dəstəklənməsinə dair Memorandum imzalayıb.
(azadinform.az)
|
23.08.2024 14:12
23.08.2024 14:04
23.08.2024 09:39
“Nar” “YAŞAT” Fondunun şəhid övladları üçün təşkil etdiyi düşərgəyə dəstək oldu -Fotolar
22.08.2024 16:24
22.08.2024 16:17
22.08.2024 16:13
Hüseyn Abdullayevin məhkəməsi səhhəti ilə əlaqədar təxirə salınıb
22.08.2024 15:58
21.08.2024 19:07
21.08.2024 17:28
21.08.2024 17:12
21.08.2024 12:52
21.08.2024 12:24
21.08.2024 12:12
Leyla Əliyeva Hidayət Heydərov və Zelim Kotsayevlə görüşüb -Fotolar
20.08.2024 14:54
20.08.2024 12:32
Azərbaycanı təmsil edən slavyan gözəli insanları valeh etdi -Foto
20.08.2024 09:45
19.08.2024 18:51
Keçmiş və müasirliyi özündə birləşdirən İzmir şəhəri -Fotolar
19.08.2024 17:02
Bakıda analoqu olmayan məktəb - Bir ailənin dərs dediyi məkanla bağlı ilginc faktlar - VİDEO
19.08.2024 16:55
19.08.2024 16:23
19.08.2024 15:38
“Retro” istirahət mərkəzi, şadlıq evləri, avtomobil biznesi... - Ən passiv deputatın VARİDATI
19.08.2024 15:30
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
19.08.2024 12:57
19.08.2024 09:18
18.08.2024 21:13
17.08.2024 15:45
17.08.2024 15:43
17.08.2024 15:37
17.08.2024 14:55
17.08.2024 13:08
17.08.2024 12:27
16.08.2024 18:24
Qubada “Azərbaycanda yaşayan tatların etno-konfessional tarixi” ilə bağlı tədbir keçirilib -Fotolar